Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Quba alması İrəvanda necə peyda oldu?
Quba alması İrəvanda necə peyda oldu?
26 Aprel 2017 / 16:08 / Baxış sayı: 442
Font1 Font2 Font3 Font4
Azərbaycanda yetişdirilən almanın Ermənistanda bazarlarda peyda olması dövlət qurumlarını əməlli-başlı vəlvələyə salıb.
İstiPress-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, Ermənistanın dövlət gəlirləri Komitəsi də məsələyə qarışıb və İrəvan bazarlarında Azərbaycan məhsulunun araşdırılması ilə bağlı komissiya yaradıb.
Komitənin yaydığı məlumatda qeyd olunur ki, təcili şəkildə əməliyyat-axtarış tədbirləri həyata keçirilməlidir.
İndiyə qədər aparılan araşdırmalar nəticəsində məlum olub ki, almalar Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilməyib.
Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi yanında Qida məhsullarının təhlükəsizliyinə nəzarət xidmətinin bazarlarda 3 günlük monitorinqi nəticəsində məlum olub ki, Azərbaycan almaları bazarlarda satılır və əhali tərəfindən sürətlə alınır.
Azərbaycan məhsulunun satılması Ermənistan hökumətini narahat etməyə başlayıb. Belə ki, məhsullar İrəvanda keçirilən yarmarkalara qədər gedib çıxıb.
Təsəvvür edin ki, Göyçay narı Ermənistan bazarlarında satılsaydı, nələr olardı…
 
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə