Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport veriləcək
Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport veriləcək
26 Aprel 2017 / 16:15 / Baxış sayı: 218
Font1 Font2 Font3 Font4

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə Fövqəladə və Səlahiyyətli ikinci dərəcəli Elçi diplomatik rütbəsi verilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Diplomatik xidmət haqqında” qanunun 9-cu (Diplomatik rütbələrin verilməsi qaydaları) maddəsində dəyişiklik edilməsi təklif olunur.

Qanuna əsasən, Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbələri Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir.

Bundan başqa, “Pasportlar haqqında” qanununa da dəyişiklik təklif edilir. Layihədə  Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə diplomatik pasportların verilməsi təklif edilir.

Dəyişikliklər “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrası məqsədilə təklif olunur.

Layihə Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə