Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Qəhrəman gənc qızı meymunla evləndirib – Azərbaycanda daha bir ŞOK
Milli Qəhrəman gənc qızı meymunla evləndirib – Azərbaycanda daha bir ŞOK
26 Aprel 2017 / 16:19 / Baxış sayı: 2434
Font1 Font2 Font3 Font4
Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, “Galib Group” MMC-nin rəhbəri Qalib Mustafayevin Doberman cinsindən olan itlərinin şərəfinə qurduğu toy məclisi geniş müzakirə mövzusu olaraq qalır. 
Bu hadisə ətrafınfa müzakirələr davam edərkən, məlum olub ki, Goranboyda heyvanlara “toy” çaldırmaq ənənəsi çoxdan mövcuddur.
Bu haqda Modern.az-a hazırda Goranboyda yaşayan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Əhmədov bildirib. O, deyib ki, həmin xoşagəlməz hadisəni gerşəkləşdirən adam da vaxtilə Milli Qəhrəman olub:
“İllər əvvəl Rasim Əkbərov meymunla gənc qızı evləndirmişdi. O hadisənin kasetləri əllərdə gəzirdi. Goranboyda onu çox qınadılar. O vaxt dövlətə qarşı çıxışlar etmişdi, keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdi. Hətta məhkəmədə də ifadəm zamanı bildrimişdim ki, adam nə qədər alçaq olar ki, azərbaycanlı qızı meymunla evləndirsin”.
M.Əhmədov deyib ki, R.Əkbərov 7 il həbs yatandan sonra çıxıb, hazırda rayonda yaşayır.
Xatırladaq ki, Goranboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri R.Əkbərova Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə eks-prezident əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Lakin R. Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. O,  həbs ediləndən sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilib.
R.Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə