Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağdakı məcburi köçkünlərin evləri sökülür? – AÇIQLAMA / VİDEO
Qaradağdakı məcburi köçkünlərin evləri sökülür? – AÇIQLAMA / VİDEO
26 Aprel 2017 / 16:34 / Baxış sayı: 458
Font1 Font2 Font3 Font4
Ramin Əmiraslanov Cəbrayıl rayonundan məcburi köçkündür.
APA TV-nin xəbərinə görə, düz 25 ildir Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşıb.
2002-ci ildə ailə qurduqdan sonra Ramin valideynlərindən ayrılaraq qəsəbənin  Məhərrəm Seyidov küçəsi, Bağ evi 16 ünvanında özünə iki otaqlı ev tikib. Bu ünvanda Ramin Əmiraslanovla yanaşı, Zəngilan və Qubadlı rayonundan olan digər iki ailə də ev tikib və uzun illərdir burda yaşayırlar:
“Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəlinin sədri Əkbər Fərəcov bizə məlumat verdi ki, yaşadığınız evlər söküləcək.
Lap yaxşı deyib razılaşdıq, sual verdik ki, hansı əsasla? Cavabı bu oldu ki, ərazi plana düşüb. Bildirildi ki, bununla bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də bununla bağlı məlumat veriləcək.
Amma sonradan gəldilər ki, artıq sizə Ümid qəsəbəsində iki sot torpaq yeri ayrılıb, bir az daş, 3000 manat da pul veriləcək ki, buranı boşaldasınız.
Biri mənə izah edə bilmir ki, 3 min manata ev tikmək olarmı? Mənim övladlarım məktəblidir. Mən də dedim ki, sözügedən məbləğə mənzil tikmək mümkündürsə, siz tikin, biz də gedək yaşayaq”.
Məcburi köçkünlər məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər:
“Komitənin məskunlaşma şöbəsinə əvvəlcə zəng etdik. Bildirildi ki, teleqram vurulmalıdır.
Elə də etdik. Bu gün bizi qəbul etdilər. Komitənin hüquqşünası ilə də görüşüb, ərizə də yazdıq. Ordan da qeyd olundu ki, qəsəbə nümayəndəliyinin köçürmə ilə bağlı təklifi qeyri-qanunidir və sakinlərlə razılaşdırılmalıdır. Baxmayaraq ki, sənədsiz evlərdir.
Qəsəbədə təxminən 50 faiz sakinin tikdiyi evin sənədi yoxdur”.
Sakinlər Ümid qəsəbəsində yaşayış üçün heç bir şəraitin olmadığını bildirirlər: “Mənim 3 uşağım var. Orta məktəbin müxtəlif siniflərində oxuyurlar. Özüm də orta məktəbdə 120 manat maaşa gecə gözətçisi işləyirəm. Sözügedən qəsəbədə məktəb, bağça, iş yeri məsələsi necə olacaq?”
Digər məcburi köçkün 65 yaşlı Əntiqə xanıma da ərazidən köçürülmə ilə bağlı xəbərdarlıq olunub:
“Gördüyünüz bu evə yaşayış yeri demək olarsa, bu evdə yaşayıram. Səhər tezdən burdayam ki, uşaqlarımı çölə tökməsinlər. Mənim övladlarımı yaşayış yeri ilə təmin etsin, sonra bu ərazidə nə edirlər-etsinlər”.
Bağ evi 16 ünvanının yerli sakinləri də eyni problemlə qarşılaşdıqlarını deyir. Onlar həmin qəsəbədə doğulub böyüyüblər. Bir neçə gün əvvəl isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Əkbər Fərəcov məcburi köçkünlərlə birgə onlara da xəbərdarlıq göndərib: “Burda gözümü açmışam.
Bu ünvanda yaşamışam. Bu  günə qədər 5 ailə üzvümlə birgə bu ünvanda, kiçik evdə yaşayıram. Evimi də çəkib göstərə bilərsiz. İki övladım var. Qızım 12 yaşındadır. Hazırda çətin vəziyyətdəyik. Evlərimiz sökülür”.
“Burda uzun illərdir oğlumla yaşayıram. 10 ildir ki, ev tikmişik bu ünvanda. 6 ailə üzvüm var, uşaqlarımdan biri daundur. İndi deyir çıx – hara çıxaq?”
Məsələyə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Əkbər Fərəcovla telefon əlaqəsi saxladıq. Bildirdi ki, problemin həllinə Qaradağ Rayon İcra Hakimiyyəti cavabdehdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradov məsələyə belə aydınlıq gətirdi: “Məcburi köçkünlərlə bağlı onu deyə bilərəm ki, prezident İlham Əliyevin sərəncamına uyğun olaraq onlar üçün yeni mənzil tikilib istifadəyə verildikdən sonra evlə təmin olunacaqlar. Hazırda heç kim onları heç hara köçürmür.
Digər 5-6 yerli sakinin köçürülməsinə gəlincə, onu deyə bilərəm ki, onlar da 15-20 il öncə sözügedən ərazidə ev tikiblər. İcra Hakimiyyəti onların köçürülməsi ilə bağlı heç bir fikir bildirməyib. Nə onların evləri sökülür, nə də onlar köçürülür. Əgər gələcəkdə onlar da evlə təmin olunarsa, sözügedən ərazidə olan sənədsiz evlər söküləcək. Bununla bağlı maliyyə vəsaiti belə ayrılmayıb”.
Nadir Muradov əlavə edib ki, Sahil qəsəbəsində də abadlıq-quruculuq işləri aparılır, zəbt olunmuş torpaq sahələri dövlət mülkiyyətinə qaytarılır. Amma bu, sözügedən ailələrin yaşadığı əraziyə aid deyil.

 arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə