Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramiz Həsənov direktoru işdən qovdu
Ramiz Həsənov direktoru işdən qovdu
30 Aprel 2013 / 17:12 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Dövlət Standartlaşdırma, Meterologiya və Patent Komitəsinin sədri Ramiz Həsənov komitədə xidməti vəzifə tutan Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Kamran Ramazanlını işdən qovub.

Bu barədə arxiv.bizimxeber.az-a komitədəki etibarlı mənbədən məlumat daxil olub. Kamran Ramazanlının işdən qovulmasına iki səbəb əsas olub. Səbəblərdən biri keçən həftə Gürcüstanda səfərdə olan Kamran Ramazanlının Borçalıda “Erməni Zaur” kimi tanınan, Azərbaycana gəlməsinə yasaq qoyulan, Ermənistanın QHT-ləri ilə yaxın əlaqələrə malik, Gürcüstan ermənilərinin lideri Arnold Stepanyanın yaxını, Soros Fondunun Gürcüstan Nümayəndəliyi İdarə Heyətinin üzvü Zaur Xəlilovla görüşməsi olub.

Digər səbəb isə müxtəlif mötəbər məclislərdə, Kamran Ramazanlının Ramiz Həsənovu “Ağsaqqal” adlandıraraq adından birbaşa danışması və müxtəlif göstərişlər verməsi olub. Mənbə həmçinin onu da deyib ki, Kamran Ramazalının SOCAR-Georgia Şirkətində işləyən qardaşı da operator vəzifəsindən kənarlaşdırlıb.

Rəqsanə Yusifzadə
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə