Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putinlə Trampın ilk görüşü barədə -XƏBƏR
Putinlə Trampın ilk görüşü barədə -XƏBƏR
27 Aprel 2017 / 9:14 / Baxış sayı: 294
Font1 Font2 Font3 Font4

Rusiyanın “Kommersant” qəzeti iki ölkənin dövlət strukturlarındakı mənbələrə əsasən prezident Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Trampın ilk görüşü barədə xəbər yayıb.

“Report”un məlumatına görə, nəşr dövlət başçılarının mayın sonlarında Avropa ölkələrindən birində görüçəcəklərini bildirib.

“İki ölkənin dövlət strukturlarındakı mənbələrə əsasən Putin və Tramp iyulda Hamburqda keçiriləcək G20 sammitinə qədər görüşə bilərlər. Hazırda Moskva və Vaşinqton Rusiya-ABŞ görüşünün mayın sonlarında Avropa ölkələrindən birində təşkil edilməsi barədə danışıqlar aparır” – deyə nəşr yazıb.

“Kommersant” qeyd edib ki, Tramp Avropada mayın 25-dən 27-ə qədər olacaq. O, NATO-nun Brüsseldə keçiriləcək sammitində və G7-nin İtaliyanın Taormin şəhərində keçiriləcək sammitində iştirak edəcək. ABŞ prezidenti buradan Putinin də olduğu üçüncü ölkəyə gedəcək.

Bundan əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “CNN” telekanalına müsahibəsində iki ölkə liderinin iyulun 7-8-də Hamburqda G20 sammiti çərçivəsində görüşünü istisna etməyib.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə