Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Osman Gündüz internetdə təhqirə görə həbsi pislədi
Osman Gündüz internetdə təhqirə görə həbsi pislədi
30 Aprel 2013 / 17:18 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsində böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələrə internetin də əlavə edilməsi müzakirə edilib və plenar iclasa tövsiyə olunub.
Yeni təkliflərə görə internetdə böhtan və təhqirlərə görə müxtəlif miqdarda cərimələrdən tutmuş 6 ayadək müddətdə azadlıqdan məhrumetmə də nəzərdə tutulub. arxiv.bizimxeber.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman gündüz düzəlişləri məqbul saymayıb:
“KİV haqqında qanunda İnternet də KİV kimi göstərilibsə və hətta bununla bağlı məhkəmələrdə bir neçə işlərə də baxılıbsa, artıq kimlərsə hətta bu məsələlərə görə həbs də edilibsə yenidən bunun ayrıca qeyd edilməsinə görəsən ehtiyac vardımı ?
İnternetin spesifikliyi ilə bağlı ( İnternet resursun fiziki olaraq xaricdə yerləşməsi, konkret sahibinin müəyyən olunması mümkün olmayan digər onlayn mənbələrdən istifadə edilməsi, Forumlarda və çatlarda edilən müzakirələrdə qeyd olunanlar – lakin sonradan silinənlər, anonim situasiyalar və s) bütün bunlar görəsən necə tənzimlənəcək ?
Dəyişikliklərdə böhtan və təhqirin kütləvi nümayişindən söhbət gedir internetdə kütləvi yayma dedikdə məhkəmələr nəyi əsas götürəcək ?
Fikrimcə əgər normal tənzimləmə olmasa, təklif olunan dəyişikliyin normal tətbiq mexanizmi yaradılmasa, bu tip işlərin məhkəmə baxışı üzrə təcrübə, həmçinin mütəxəssilər olmasa bu Azərbaycan İnterneti üçün ciddi fəsadlara gətirib çıxarda bilər”.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə