Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya-Azərbaycan sərhədində yanğın – YENİLƏNİB
Rusiya-Azərbaycan sərhədində yanğın – YENİLƏNİB
27 Aprel 2017 / 11:25 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4

Rusiya – Azərbaycan sərhəddində, Dağıstan ərazisində baş verən meşə yanğını ilə bağlı Azərbaycan tərəfində təhlükəsizlik tədbirləri görülür.

arxiv.bizimxeber.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının Azərbaycan tərəfinə keçməsinin qarşısını almaq üçün nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

Qurumdan bildiriblər ki, yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi yoxdur:

“Meşə yanğınının Azərbaycan tərəfinə keçmək təhlükəsi gözlənilmir. Amma bütün hallarda əlaqədar qurumlar sərhəddə təhlükəsizlik tədbirləri görür”.

———-

Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, yanğın Dağıstan ərazisində baş verib.

Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir. Yerli sakinlər də yanğının söndürülməsində yanğınsöndürənlərə kömək edir.

Yanğın 2 hektar sahəni əhatə edir. Əsasən quru ot və kollar yanır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə