Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransız polislər küçələrə çıxdılar: “Bizi qoruyun!” – FOTO
Fransız polislər küçələrə çıxdılar: “Bizi qoruyun!” – FOTO
27 Aprel 2017 / 11:19 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Fransanın paytaxtı Parisdə polislər kütləvi etiraz aksiyası keçiriblər.

Milli.Az Le Figaro-ya istinadən bildirir ki, “Marche de la colère policière” (“Qəzəbli polislərin marşı”) aprelin 20-də Yelisey Çöllərində terrorçu tərəfindən güllələnmiş 32 yaşlı polis Ksavye Jüjelenin xatirəsinin anımı ilə başlanıb.

“İndi asayiş keşikçilərinin, respublikanın mühafizlərinin, Milli Polisin qara fəhlələrinin nümayişi keçirilmir. Ölkə prezidentliyinə namizədlər Marin Le Pen və Emmanuel Makronun polisin problemlərinə diqqət yetirməsini tələb edirik”, – Fransa Hüquq-Mühafizə Orqanları İşçilərinin Həmkarlar Təşkilatının lideri İv Löfebr deyib.

Aksiya zamanı “Polisini qoruyun!”, “Polisə hücum edilir – cəmiyyət təhlükədədir!”, “Dözülməz ritmdə çalışırıq, özəl həyata haqqımız var!” şüarları səslənib.

Polislər minimal maaş məbləğinin 150 avro artırılmasını, habelə cüt istirahət günü əldə etmək üçün iş qrafikinin dəyişdirilməsini tələb edirlər.

Fransız polislər küçələrə çıxdılar:

Fransız polislər küçələrə çıxdılar:

Fransız polislər küçələrə çıxdılar:

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə