Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz” – İranın müdafiə naziri
“Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz” – İranın müdafiə naziri
27 Aprel 2017 / 12:33 / Baxış sayı: 214
Font1 Font2 Font3 Font4

Moskvada səfərdə olan Hüseyn Dehqan bu bəyanatla çıxış edib.

Beynəlxalq təhlükəsizlik konfransı ilə əlaqədar Moskvada səfərdə olan Ermənistanın müdafiə naziri Vigen Sarkisyan iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.

İstiPress Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini müzakirə ediblər.

“Qarşılıqlı maraq doğuran bir sıra məsələlər, həmçinin Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə edilib. Nazirlər bir daha vurğulayıblar ki, münaqişənin hərbi yolla həlli yoxdur”, -deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, V.Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-dan 27-ə qədər Moskvada keçiriləcək təhlükəsizlik məsələləri üzrə 6-cı beynəlxalq konfransda iştirak edir. Konfrans zamanı erməni nazir Moskvada bır sıra görüşlər keçirməyi planlaşdırıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə