Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konsert – Nəsimi rayonunda
Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konsert  – Nəsimi rayonunda
27 Aprel 2017 / 12:44 / Baxış sayı: 258
Font1 Font2 Font3 Font4

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş konsert keçirilmişdir

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Rayonun elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.

R.Behbudov adına Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin konserti keçirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Qeyd etmişdir ki, Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan konsertin əhəmiyyətindən danışmış, konsertin təşkilində əməyi olan tələbə və müəllimlərin bu tədbirə böyük ehtiram və məhəbbətlə hazırlaşdıqlarını bildirmişdir .

Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Simli alətlər Orkestrinin, Nəfəs və zərb alətləri orkestrinin, Xalq çalğı alətləri ansamblının, Xor kollektivinin ifasında Azərbaycanın görkəmli bəstəkarları Soltan Hacıbəyov, Asəf Zeynallı, Tofiq Quliyev, Siyavuş Kərimi, Vasif Adığözəlovun və digər bəstəkarların musiqi əsərləri ilə çıxış etmişlər. Konsertdə Beynəlxalq müsabiqə laureatı Fəxri Nicat Kazımın ifasında Sevil Əliyevanın “Ana” mahnısı alqışlarla qarşılanmışdır.

arxiv.bizimxeber.az

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə