Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mənşəyi məlum olmayan 1 ton ət aşkarlandı
Mənşəyi məlum olmayan 1 ton ət aşkarlandı
27 Aprel 2017 / 13:20 / Baxış sayı: 172
Font1 Font2 Font3 Font4
Daşkəsən rayonunda polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı 1 tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb.
Daşkəsən Rayon Polis Şöbəsindən (RPŞ) “Report”un Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Nafiq Əliyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobilinə baxış keçirilən zaman oradan bir tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb.
Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ətdən nümünə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Polis tərəfindən dindirilən N.Əliyev ifadəsində əti rayonun Quşçu kəndində fəaliyyət göstərən ət-kəsim emalı fabrikinə apardığını bildirib.
Faktla bağlı Daşkəsən RPŞ-da araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə