Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ad və soyadın dəyişməsi asanlaşdı – İstədiyiniz soyadı götürə bilərsiz
Ad və soyadın dəyişməsi asanlaşdı – İstədiyiniz soyadı götürə bilərsiz
27 Aprel 2017 / 13:34 / Baxış sayı: 744
Font1 Font2 Font3 Font4

Azərbaycanda adla yanaşı soyadını dəyişmək üçün müraciət edənlərin sayı ildən-ilə artır. Bu məqsədlə 2015-ci ildə 2314, 2016-cı ildə isə 2967 nəfər müvafiq orqanlara müraciət edib.Adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və sair səbəblərdən şəxslər ad və soyadlarını dəyişmək üçün müraciət edirlər. Ədliyyə Nazirliyinin məlumatına görə, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.

Azərbaycanda ad dəyişmək kimi soyadın yenisi ilə əvəz olunması da çətin  prosedurlardan biri hesab edilir. İlk olaraq soyad dəyişmək üçün nələr tələb olunur, bu prosedur necə həyata keçirilir, buna nəzər salaq.Məlumat almaq üçün ASAN Xidmətlə əlaqə saxladıq. Operatorun verdiyi məlumata görə bu prosedur 2-2 ay yarım davam edə bilər:  “Soyad dəyişmək üçün şəxsiyyət vəsiqəsinin notariusla variantı, doğum haqda şəhadətnamə təqdim edilməlidir. Şəxsin nikahı varsa, nikah haqqında şəhadətnamə, azyaşlı övladları  varsa, onların doğum şəhadətnaməsi, 2 ədəd 3×4 ölçüdə fotoşəkil tələb olunur. Dövlət rüsumu 10 manatdır.Soyadın dəyişərkən övladın doğum haqqında şəhadətnaməsinin istənilməsinin səbəbi burada valideynin soyadının dəyişilməsinin qeyd olunmasıdır.Soyad dəyişdikdə digər sənədlərin də dəyişilməsi vacibdir”.

Verilən məlumata görə şəxs istədiyi soyadı götürə bilər. Hətta belə bir ad, soyad onun nəslində yoxsa belə. Nikah istisna olmaqla şəxsin yalnız bir dəfə soyadını dəyişdirməyə icazəsi var. Yalnız gülüş doğuran, o cümlədən, Avropa mənşəli olan soyadları götürmək qadağandır. Yalnız bir halda əcnəbi soyad götürmək olar.Əgər şəxsin valideynlərindən biri əcnəbidirsə, bu zaman əcnəbi soyad qəbul etmək olar.

AMEA-nın Dilçilik İnistitutunun direktor müavini Baba Məhərrəmli Cebhe.info-ya açıqlamasında özünün də bu prosedurdan keçmək üçün müəyyən zaman sərf etdiyini deyib: “Soyadımı dəyişmək üçün bir ay əziyyət çəkmişəm. Biz sadəcə olaraq bir mütəxəssisik. Prosedurun çətin, yaxud da asan olması bizə aid məsələ deyil. Hər kəs Azərbaycan qanunvericiliyinə uyğun olan istənilən soyadı götürə bilər”.

Uzun zamandan sonra müstəillik əldə etdikdə soyad sonluğunu dəyişən millət vəkili Aydın Mirzəzadə bu prosedurun lazım olan müddətdə davam etdiyini bildirib: “Düşünürəm ki, bu prosedur lazım olan qədər zaman alır. Soyad dəyişmək üçün prosedurun sadələşdirilməsindən daha çox maariflənmə işləri aparılmalıdır.Bu gün kimsə soyadını sevmədiyi, başqa bir qisim isə cinayətini gizlətmək istədiyi üçün dəyişməyi düşünür.Bu səbəbdən soyaddəyişmə mərhələsi bir az zaman alır, sənədlər ciddi şəkildə yoxlanılır”.

A.Mirzəzadənin sözlərinə görə soyad dəyişilərkən bir neçə məsələ köklü olaraq araşdırılır: “Müraciət edərkən öncəki soyadda texniki səhvlərin olub-olmaması, şəxsin məhkumluğunun, üzərində hansısa məsuliyyətin olub-olmaması, şəxsin doğum sənədinin düzgünlüyü araşdırılır. Soyadını dəyişmək istəyən vətəndaş üçün bu prosesin bir yaxud da altı ay keçməsi niyə vətəndaşı narahat edir ki?Bu müddətdə köhnə soyadla fəaliyyətini davam etdirə bilər.Ailədə yeni övlad doğularsa, valideynlərin adi bir razılığı ilə ona istənilən soyad verilə bilər”.

A.Mirzəzadə qeyd edir ki, özü də uzun müddət soyad dəyişmək arzusu ilə yaşayıb: “Müstəqillik əldə etdikdən sonra bu arzuma nail olmuşam. Uzun müddət “ov”, “yev” soyadından imtina etmək istəyirdim.İki ilədək bütün sənədlərim yoxlanıldı, nəhayət soyad sonluğu zadə-ni qəbul etdim. “Zadə” sonluğu qəbul etmək mənim üçün qürur mənbəyi oldu ki, milliliyimizi, kökümüzü özündə əks etdirən soyad sonluğu qəbul etdim. “Zadə” sonluğu fars mənşəli deyil. Bu zat, zatidən yaranaraq kök mənasını bildirir”. A.Mirzəzadə “zadə” soyad sonluğunun mənşəyinə də toxunub: “Nədənsə bizi ittiham edəndə onu müdafiə etmək əvəzinə, imtina edirik. Bu gün İranda yaşayan azərbaycanlılara “zadə” soyad sonluğunu götürməkdə mane olurlar. Hər hansı bir fars “zadə” sonluqlu soyadı daşımır. Bu yalnız bizə məxsus bir sonluqdur.Statistikaya görə vətəndaşlarımızın 10 faizi “zadə” sonluğundan istifadə edir”.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra icazə verilir.Adın yenisi ilə əvəz olunması əvvəlki adla əldə olunmuş hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə