Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Salydanda qəza törədən YPX maşını posta aiddir – TƏFƏRRÜATLAR
Salydanda qəza törədən YPX maşını posta aiddir – TƏFƏRRÜATLAR
27 Aprel 2017 / 15:10 / Baxış sayı: 1750
Font1 Font2 Font3 Font4
Bu gün Salyan rayonunda YPX maşını qəza törədib, iki nəfər ölüb və 3 nəfər xəsarət alıb. arxiv.bizimxeber.az-ın apardığı araşdırmaya görə, hadisə Ələt-Astara magistralının rayon ərazisndən keçən hissəsində, daha dəqiq köhnə postun yaxınlığında baş verib.
Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı  “Mercedes” markalı avtomobillə toqquşub.
İlkin məlumatlara görə, 2 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
arxiv.bizimxeber.az əməkdaşları baş verən hadisənin təfərrüatlarını qismən öyrənə bilib. Belə ki, YPX maşını Salyan DYP postununa məxsusdur. DYP avtomobilini idarə edən polis əməkdaşının isə adı açıqlanmır.
arxiv.bizimxeber.az əməkdaşları Salyan DYP postununun komandiri Qulu müəllimlə əlaqə saxlayıb. Qulu müəllim DYP maşınının posta aid olduğunu təsdiqləyib və hazırda xəstəxanada olduğunu bildirib: “Bu dəqiqə xəstəxanadayam. Danışa bilmirəm”.
Şahidlər bildirib ki, DYP maşını heç bir üstünlük işıqlarından istifadə etmədən yüksək sürətlə hərəkət edirmiş və şəkillərdən də göründüyü kimi, qəza DYP əməkdaşının səhvi üzündən baş verib. DYP-ə məxsus avtomobilin sol qabaq hissəsi,  “Mercedes” markalı avtomobilin isə sol yan hissəsi tamamilə sıradan çıxıb.
***
Qəza zamanı ağır xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənlərlərin 4-ü də koma vəziyyətindədirlər.
Artıq onların kimliyi dəqiqləşdirilib:

1. Məmmədyarov Natiq Mehdi oğlu, 1988-ci il təvəllüdlü YPX-əməkdaşı, sürücü

2.Sadıqov Ülvi Səməd oğlu, 1987-ci il təvəllüdlü YPX–əməkdaşı
3.Davudov Elçin Raci oğlu,1988-ci il təvəllüdlü, “Mercedes”in sərnişini, Bakı şəhər sakini
4.Əhmədov Allahverdi Ağaəli oğlu, 1950-ci il təvəllüdlü,—Bakı şəhəri, Bakıxanov qəsəbə sakini

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə