Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli QHT Forumu akademik Zərifə Əliyevanın doğum gününü qeyd edib
Milli QHT Forumu akademik Zərifə Əliyevanın doğum gününü qeyd edib
27 Aprel 2017 / 14:05 / Baxış sayı: 150
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli QHT Forumu (MQF) akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd edib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda uluöndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, abidələri önünə gül dəstələri qoyublar.

Daha sonra MQF Bakı QHT Resurs və Təlim Mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. MQF-nin üzvlərinin iştirakı ilə tədbiri açan MQF-nin vitse-prezidenti, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında, dünya tibb elminə gətirdiyi yeniliklər barədə çıxış edib.

Bildirib ki, dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat labarotoriyasının və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasını əsasının qoyulması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

Tədbirdə MQF-nin Media və İnfiomasıya məsələləri üzrə vitse-prezidenti Sevil Yusifova, MQF idarə heyətini sədr müavini İradə Rzazadə, Çingiz Bayramov, MQF Nəzarət-Təftiş Komissiyasının sədri Ceyhun Hacıbəyov, İranlı Mühacirlər cəmiyyətinin sədri Rəhim Hüseynzadə, Firudin İbrahimli, Nəsibə Musayeva, MQF Ailə Dəstək Mərkəzinin rəhbəri Esmira Rəhimova, MQF Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova və digər şəxslər akademik Zərifə xanım Əliyevanın Azərbaycan ictimai həyatında böyük xidmətləri barədə, nümunəvi Azərbaycan xanımı olaraq onun irsinin təbliğinin vacibliyi barədə çıxış ediblər.

arxiv.bizimxeber.az

IMG_9706 IMG_9703 (1)

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə