Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qoşulub qaçan qızlarla bağlı olayın TƏFƏRRÜATI
Qoşulub qaçan qızlarla bağlı olayın TƏFƏRRÜATI
27 Aprel 2017 / 15:58 / Baxış sayı: 2008
Font1 Font2 Font3 Font4

Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum olub.

Azxeber.coma-a danışan qızların tələbə yoldaşları, hər iki tələbənin Gəncə Dövlət Universitetinin “Xarici dillər” fakültəsində təhsil aldığını deyib. Aysel adlı qız fakültənin Alman dili ixtisasının 2-ci kursunda, Lalə adlı qız isə Fransız dili ixstisasının 4-cü kursunda təhsil alırmış. Onlardan biri Gəncədən, digəri isə Goranboy rayonundan olublar.

Məlumata görə, qızlar arasındakı münasibət heç də yazıldığı kimi “sevgi” münasibəti olmayıb. Lalə adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və onlarla birlikdə işləməyi təklif edib. Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.

Məlumata görə, 2-ci kurs tələbəsi olan Ayselin ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək.

***

Azərbaycanda qız qızı qaçırıb.

Hadisə Gəncə şəhərində baş verib. Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçıb.

Bildirilir ki, hər iki tələbə ali məktəbin yuxarı kurs tələbələridir və xarici dil fakültəsində təhsil alırmışlar.

Yaxınlar əvvəlcə qızların oğlan tərəfindən qaçırıldığını zənn etsələr də, sonradan məsələnin heç də belə olmadığı üçə çıxıb.

Məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini “sevirmiş”. (ölkə.az)

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə