Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

3-cü dəfə evlənən 60 yaşlı polkovnikin oğlu: “TOYUN TƏŞKİLİNƏ KÖMƏK ETDİM”
3-cü dəfə evlənən 60 yaşlı polkovnikin oğlu: “TOYUN TƏŞKİLİNƏ KÖMƏK ETDİM”
27 Aprel 2017 / 15:51 / Baxış sayı: 350
Font1 Font2 Font3 Font4

Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 3-cü dəfə ailə həyatı qurması və toy etməsi hadisəsi geniş müzakirə olunur.

Lent.az 60 yaşlı polkovnikin yenidən nikaha daxil olması ilə bağlı oğlu Elxan Qənizadə ilə danışıb. O bildirib ki, atasının yenidən evlənməsində heç bir problem görmür və bu, çox normaldır: “Mənə əvvəlcədən demişdi və razı olmuşduq evlənməyinə. Atamın yenidən evlənməyinə heç bir narazılığımız olmayıb. Əksinə, daha da şadam ki, o, tək deyil, ailə qurub. Hər gün atamla görüşürəm, tez-tez gedib-gəlirəm yanına. Onun planlarından da xəbərim vardı, məndən gizli olmayacaqdı ki?! Amma elçilikdə iştirak etməmişəm. Kimin elçiliyə getməsinə qarışmamışam. Atamın daha əvvəlki ailələrinin dağılmasına gəlincə, ilk olaraq müharibədə uzun müddət iştirak etdiyi üçün evə çox gec-gec gəlirdi və anamla arasında soyuqluq yaranmışdı. Bu səbəbdən də boşanmalı oldular. İkinci həyat yoldaşına gəlincə, mənim həmin qadınla elə də yaxşı münasibətim olmayıb”.

 

Elxan Qənizadə deyib ki, çox istəsə də, atasının toyunda iştirak edə bilməyib: “İşimlə əlaqədar məclisdə ola bilmədim. Amma toyun təşkilatçılığında kömək etmişəm. Ora-bura getməyə, bəzi şeylərin təşkil edilməsində iştirak etmişəm. Bacardığım qədər kömək etməyə çalışmışam”.

 

Ehtiyatda olan polkovnikin oğlu atasının çox yaxşı insan olduğunu deyib: “Hər cəhətdən bizə kömək olub. Problemlərimizi həll edib. Bu gün də nə məsələmiz olursa, birinci ona zəng edirəm, bir dəfə də “yox” cavabı verməyib. Həmişə əli üstümüzdə olub. İş yerində, başqa yerdə kimi görürəmsə, hamı onu tərifləyir. Kim bilirsə Əzizağanın oğluyam gəlib mənimlə ikiəlli görüşür. Mənə də məsləhət görürlər ki, bir atan var onunla birgə ol. Onun haqqında pis söz deyən, düşünən adam görməmişəm. Dünən yayılan xəbərlərdən məlumatım olmayıb. Bu gün səhər bildim ki, belə xəbərlər yayıblar. Kim nə edirsə, özünə edir. Heç kim heç kimə pislik edə bilməz. Bu ailənin qurulmasının heç kimə aidiyyatı yoxdur”.

 

Qeyd edək ki, 2 gün əvvəl istefada olan 60 yaşlı polkovnik, Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə 3-cü dəfə ailə qurub. O, muzeyin əməkdaşlarından olan 32 yaşlı Gülşən Hüseynova ilə evlənib.

 

Ə.Qənizadə Əfqanıstan və Qarabağ döyüşlərinin iştirakçısıdır. O, 1992-1993-cü illərdə Qarabağ döyüşlərində tabor komandiri, 1993-cü ildə isə 701 saylı briqadanın komandiri olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə