Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyanın döyüş gəmisi İstanbul boğazında toqquşdu – YENİLƏNDİ – VİDEO
Rusiyanın döyüş gəmisi İstanbul boğazında toqquşdu – YENİLƏNDİ – VİDEO
27 Aprel 2017 / 16:27 / Baxış sayı: 926
Font1 Font2 Font3 Font4

Qara dənizdə yük gəmisi ilə toqquşan Rusiyanın hərbi gəmisindəki 78 heyət üzvünün hamısı xilas edilib.

Publika.az xəbər verir ki, toqquşmaya səbəb bölgədəki qatı sis və dumanın olduğu deyilir.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Qara dəniz donanmasına aid “Liman”adlı araşdırma gəmisi İstanbul boğazının 40 kilometr şimal-qərbində hansı ölkəyə aid olduğu dəqiqləşdirilməyən “Aşot-7” adlı gəmi ilə toqquşub: “Liman gəmisinin heyət üzvlıərindən heç kim zərər çəkməyib, lakin gəminin batma riski var”.

***

Qara dənizin İstanbul boğazının girişində Kilyos adasına yaxın ərazidə iki gəmi toqquşub.

Publika.az xəbər verir ki, gəmilərdən birinin Rusiyaya məxsus döyüş gəmisi olduğu deyilir.

Digər gəmi isə canlı heyvanları daşıyan yük gəmisidir.

Sahil Mühafizə Xidməti hadisə yerinə gedib. Məlumatlara görə, yük gəmisi aldığı zədədən sonra batmağa başlayıb. Hazırda təxliyə işləri aparılır.

NTV-nin məlumatına görə, toqquşmadan sonra dənizə düşən 45 rus əsgəri xilas edilib. 15 əsgərin xilasetmə işləri aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə