Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir “Beko Rəşad” peyda olub – Narazılıq
Daha bir “Beko Rəşad” peyda olub – Narazılıq
27 Aprel 2017 / 16:32 / Baxış sayı: 410
Font1 Font2 Font3 Font4
Bu gün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində sürücülərlə yol polisi əməkdaşları arasında mübahisə düşüb.
Hadisə şahidlərinindən BakiPost.az-a verilən məlumata görə yol polislərinin haqsız davranışları sürücüləri hiddətləndirib. Məlumata görə, əsas narazılıq bir müddət əvvəl nazir Ramil Usubovun əmri ilə işdən qovulan Rəşad Nağıyev (“Beko Rəşad”) yerinə təyin olunan Pərviz adlı YPX (10 YP 273) əməkdaşıdır.
Deyilənə dörə o da eyniylə “Beko Rəşad” kimi sürücüləri heç bir əsas olmadan – sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman onu saxladaraq avtoxuliqan kimi qələmə verir, , onların cəzalandırılmasına çalışır.
Elə buna görədir ki, Nəsimi ərazisində daha bir “Beko Rəşad”ın peyda olduğu söylənilir. Məlumatda bildirilir ki, o özünü Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin qohumu kimi təqdim edir, hətta öz həmkarlarına belə hörməsizlik etməkdən çəkinmir.
Qeyd olunan şəxslə bağlı şikayətçilərin aidiyyəti qurumlara ünvanladıqları ifadələrini yayımlayacağıq.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis zabiti, daha çox “Beko Rəşad” kimi tanınan Rəşad Nağıyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Buna səbəb kimi Rəşad Nağıyevlə bağlı DİN rəhbərliyinə edilən müraciətlərdə DYP əməkdaşının qanunsuz hərəkətlərindən, sürücüləri “avtoş” adı ilə incitməsindən bəhs olunub, onun rüşvət alması halları qeyd edilib.
Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, “Beko Rəşad” kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman R.Nağıyev onu saxladaraq avtoxuliqan kimi qələmə verir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib. Bu tipli şikayətlərin sayı durmadan artdığı üçün “Beko Rəşad”ın fəaliyyəti yoxlanılıb və bəzi şikayətlər təsdiqini tapdığı üçün nazirin əmri ilə sərəncama göndərilib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə