Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da dəyirmi masa keçirildi
SDU-da dəyirmi masa keçirildi
27 Aprel 2017 / 17:08 / Baxış sayı: 304
Font1 Font2 Font3 Font4

Aprelin 27-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” mövzusuna həsr edilmiş dəyirmi masa keçirildi. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, ARDNŞ-in Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Azərbaycan Respublikası Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı, Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru, Ələkbər Məmmədov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüqar Bayramov, ADİU-nun Müsabisat uçotu və audit kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyev, AMEA-nın İqtisadiyyat problemləri üzrə koordinasiya şurasının sədri, AMEA-nın müxbir üzvü, iqtisadiyyat elmləri doktoru Akif Musayev, 2 saylı Ərazi Vergilər Departamentinin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılov iştirak etdilər.

Tədbiri giriş sözü ilə SDU-nun rektoru, professor Elxan Hüseynov açaraq qonaqları salamladı, «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi, həm də ölkədə aparılan davamlı və sistemli islahatlar barədə məlumat verdi.

Bildirdi ki, Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş iqtisadi modelini yaratmış, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində uğurlar qazanılmışdır. Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun inkişaf perspektivinə, onun dünyaya siyasi və iqtisadi inteqrasiyasına yardım göstərmişdir.

Hazırda Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi və yetkin bazar iqtisadiyyatının qurulması istiqamətində sistemli işlər aparılır. Rektor onu da vurğuladı ki, Prezident cənab İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanmış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən əsas proqramdır.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq işçi qrupu yaradılmışdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Rektor onu da qeyd etdi ki, Strateji Yol Xəritəsində təhsilin bütün pillələrində keyfiyyətin

yüksəldilməsi və ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı öz əksini tapmışdır.Yüksəkixtisaslı kadrların hazırlanması, onların daha sivil və kamil səviyyəyə çatmasında ali təhsilin, xüsusilə universitetlərin rolu əvəzsizdir. Bu gün universitetimizin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva və professor-müəllim heyəti bu istiqamətdə görüşlər təşkil edir, ölkə iqtisadiyyatının inkişafında zəruri olan kadr potensialının formalaşmasında öz töhfələrini verirlər. Rektor çıxışının sonunda onu da bildirdi ki, ölkəmizin bütün real imkanlarını nəzərə alan bu konseptual və praqmatik layihənin həyata keçirilməsi milli iqtisadiyyatın inkişafı ilə yanaşı, həm də ölkə həyatının bütün sahələrində tərəqqini təmin etmək, dövlətimizi beynəlxalq arenada daha da gücləndirmək baxımından mühüm strateji əhəmiyyət daşıyır. İnanıram ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərsəyə gələn bu layihə milli iqtisadiyyatımızın inkişafını daha da sürətləndirəcək, sosial rifahı yaxşılaşdıracaq.

Görüşdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin dövlətin iqtisadi siyəsətinə təsiri məsələləri”, ARDNŞ-in Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev “Azərbaycan neft-kimya sənayesi: perspektivlər, inkişaf planları”, Azərbaycan Respublikası Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının müasir strateji hədəfləri”, Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergi siyasəti və davamlı inkişaf”, İqtisadi və sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüqar Bayramov “Azərbaycanda maliyyə xidmətlərinin dayanıqlı inkişafı post-neft dövrünün əsas prioritetlərindən biri kimi”, ADİU-nun Müsabisat uçotu və audit kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyev “Təhsil müəssisələrinin idarə edilməsində mühasibat uçotu və auditin rolu”, SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aynurə Yəhyayeva “Strateji Yol Xəritəsi: milli iqtisadiyyatın inkişafında yeni mərhələ” mövzularında məruzələrlə çıxış etdilər. Natiqlər çıxışlarında bildirdilər ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyası nəticəsində əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır. Hazırda bu siyasət layiqli davamçı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Məruzəçilər onu da vurğuladılar ki, bu gün strateji yol xəritələrinə həsr edilmiş dəyirmi masa qarşıya qoyulan hədəflərə nail olunmasında

xüsusi əhəmiyyət kəsb edəcək və ölkəmizdə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, sosial rifahın daha da artırılmasını təmin edəcəkdir.

Tədbir Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı,ölkəmizdə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı haqqında Strateji Yol xəritəsi məsələlərinin müzakirəsi ilə davam etdirildi. Məsələlər ilə bağlı təkliflər səsləndirildi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə