Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çovdarov sirləri açır… – 3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub
Çovdarov sirləri açır… –  3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub
27 Aprel 2017 / 17:34 / Baxış sayı: 700
Font1 Font2 Font3 Font4

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib. Aprelin 26-da proses şahid Natiq Hümbətovun ötən iclasda verdiyi ifadə üzrə dövlət ittihamçılarının və vəkillərin suallarını cavablandırması ilə davam etdirildi.

Zərəçəkmiş barədə dələduzluq faktları üzrə başlanmış cinayət işinə xitam verilib

Natiq Hümbətov bildirdi ki, zərərçəkmiş Qədim Ədilov onun köməyi ilə MTN-ə gələrək, guya ona borclu olan adamlar barədə şikayət ərizəsi yazıb və “borclular”ı qaçaqmalçılıqda ittiham edib. Şahidin sözlərinə görə, günlərin birində Q.Ədilov ona müraciət edib ki, borc məbləği ilə bağlı narahatlıq varsa, borc müqaviıləsi bağlana bilər. Xatırladaq ki, şahid zərərçəkmişin ona 360 min dollar borclu olduğunu bildirib.

Şahid qeyd edib ki, təqsirləndirilən Akif Çovdarova qohumluğu çatsa da (Natiq Hümbətov generalın bibisinin nəvəsidir – red.), bu məsələ ilə bağlı ona deyil, tələbə yoldaşı, digər təqsirləndirilən Səlim Məmmədova müraciət edib.Natiq Hümbətov sualları cavablandıraraq bildirdi ki, onu qəbul edən Akif Çovdarov Qədim Ədilov kimi adamlarla ilşbirliyi etdiyi üçün qohumunu möhkəm danlayıb.

“Mən Qədimdən MTN-ə deyil, polisə müraciət etmişəm. Nərimanov Rayon Polis İdarəsinə ərizə vermişəm və mənimlə birlikdə Q.Ədilovun aldatdığı 8 nəfərin ərizəsi üzrə cinayət işi qaldırılıb, hazırkı zərərçəkmiş dələduzluqda ittiham edilib. Lakin sonradan prokurorluq tərəfindən işə xitam verildi”, – Natiq Hümbətov deyib.

Natiq Hümbətov həmçinin məhkəməyə Qədim Ədilovun Xaləddin Yusibova verdiyi etibarnamənin surətini təqdim etdib və bildirib ki, Qədim Ədilov onu aldatdığı kimi Xaləddin Yusibovuda aldadaraq guya Natiq Həsənov adlı şəxsin ona külli miqdarda borcu olduğunu bildirərək borcunu Natiq Həsənov adlı şəxsdən alacağı təqdirdə həmin puldan özünün Xaləddin Yusibova olan borcunu verəcəyini deyib.

Onu da qeyd edək ki, Qədim Ədilov əvvəlki məhkəmə iclaslarında Natiq Hümbətovun ondan Natiq Həsənovda olan pulunu alması üçün etibarnamə verməsini zorla tələb etdiyini və özünündə həmin etibarnaməni məcburən Natiq Hümbətova verdiyini deyirdi. Bununla bağlı vəkillər tərəfindən zərərçəkmişə sual verilərək Xaləddin Yusibovunda ondan etibarnaməni zorla alıb-almadığı soruşuldu, zərərçəkmiş Natiq Hümbətovdan fərqli olaraq Xaləddin Yusibova etibarnaməni könüllü verdiyini bildirdi. Onu da qeyd edək edək ki, dindirilən şəxslərin ifadələrindən məlum olub ki, Natiq Həsənov adlı şəxsin zərərçəkmiş Qədim Ədilova ümumiyyətlə heç bir borcu olmayıb.

Xeyli vaxtdır qardaşımdan xəbər yoxdurmənə borcu vardı…”

Məhkəmədə baxılan epizod üzrə şahid qismində ifadə verən Adil Nəsibov çıxışına başlayar-başlamaz bildirdi ki, o, əslində, şahid deyil və baş verənlərlə bağlı heç bir məlumata malik deyil.

Dövlət ittihamçısının və vəkillərin suallarına cavab verərkən A.Nəsibov qeyd etdi ki, zərərçəkmiş Qədim Ədilovun ona 180 min dollar borcu olduğunu iddia etdiyi, taxta alveri ilə məşğul olmuş İlham Nəsibovun qardaşıdır. “Xeyli vaxtdır ki, qardaşımdan xəbərim yoxdur. Bilirəm ki, sağdır, amma harada olduğunu deyə bilmərəm. Mənə də borcu var idi, ona görə də, küsülü idik. Harada olduğunu bilmirəm”, – şahid deyib.

Zərərçəkmiş Qədim Ədilov şahidin nəzərinə çatdırıb ki, 180 min dollar pulunu almaq üçün İlham Nəsibovun evinə gəldiyi vaxt polis işçisi olan Adil Nəsibov onu təhqir edib və zorla həmin evin qapısından qovub. Buna cavab olaraq şahid qeyd etdi ki, polis işçisi olsa da, Qədim Ədilova gücü çatmazdı, çünki o vaxtlar zərərçəkmiş cangüdənləri ilə birlikdə hərəkət edirdi. “Mən qardaşımın evinin qapısında nə edirdim ki, səni də orada görüm?” – şahid zərərçəkmişə sualla müraciət edib.

Şahid “Miraj-85” MMC-nin iflasının səbəblərini açıqladı

Şahid qismində ifadə verən Orxan Ağakişiyev bildirdi ki, zərərçəkmiş İntizam Ağakişiyevin qardaşı oğludur. O, əvvəllər fəaliyyət göstərmiş “Miraj-85” MMC-nin, hazırda isə İntizam Ağakişiyevin təsisçisi olduğu “Planeta” MMC-nin əməkdaşı olduğunu dedi.Vəkillərin “Miraj-85”MMC fəaliyyətini niyə dayandırdı?” sualına cavab olaraq, şahid şirkətin gömrüklə və bank kreditləri ilə bağlı problemlər üzündən maliyyə çətinlikləri ilə qarşılaşdığını və bu səbəbdəndə malı vaxtınfda müştərilərə çatdıra bilmədiyi üçün bazarda nüfuzunu itirdiyini qeyd etdi.Zərərçəkmişin iclasda iştirak edən nümayəndəsi şahidə yönəldici suallarla müraciət etsə də, O.Ağakişiyev şirkətin iflasına səbəb kimi iddia edilən MTN-in onlara göstərdiyi təzyiq barədə danışmadı.

Keçmiş MTN əməkdaşı: “Müstəntiq mənə dedi ki, sən də gedəcəksən Çovdarovun dalınca”

Məhkəmədə şahid qismində ifadə verən keçmiş MTN əməkdaşı Rövşən Ədilov bildirdi ki, o, zərərçəkmiş Qədim Ədilovu MTN-in inzibati binasının girişində qarşılayıb, general Akif Çovdarovun kabinetinə ötürüb və sonra da yola salıb. Şahid qeyd etdi ki, istintaqa ifadə verdiyi zaman müstəntiq tərəfindən ona təzyiqlər olub və “düzgün” ifadə verməyəcəyi təqdirdə ona üzləşə biləcəyi aqibətdən danışıb. “Mənə bildirildi ki, ifadə verməsəm, məni də Akif Çovdarovun dalınca göndərəcəklər. Onlara artıq məlum idi ki, mən A.Çovdarovun oğlu Ruslan Çovdarovla dost olmuşam. Hətta sual da verdilər ki, MTN-ə nə qədər pul verib işə düzəlmişəm”, – şahid bildirdi.

 

“Nə danışırsınız? Orada kimsə qışqırsaydı bütün MTN eşidərdi…”

Vəkillərin ona ünvanladığı “Qədim Ədilovun Akif Çovdarov tərəfindən döyülməsi ilə bağlı iddiası barədə nə deyə bilərsiniz?” sualını şahid belə cavablandırdı: “Nə danışırsınız? Orada kimsə qışqırsaydı, bütün MTN eşidərdi. Akif müəllim kiminləsə telefonla danışanda, biz divarın bu tərəfində eşidirdik”.

Şahid Rövşən Ədilov çıxışında bildirdi ki, onlar Cəbrayıl adlı MTN əməkdaşı ilə birlikdə Qədim Ədilovun yaşadığı binanın qarşısında onu gözlədikləri zaman Qədim Ədilov evdən yanındakı çıxıb adamla birlikdə avtomaşına minən zaman bir nəfər orta yaşlarda kişi Qədimə yaxınlaşlaraq ondan pulunu tələb etməyə başlamış və Qədim Ədilovla həmin şəxs arasında mübahisə olmuşdur. Onlar ilik öncə həmin şəxsin getməsini gözləsələrdə, lakin sonradan mübahisənin uzandığını görərək o, Qədim Ədilova yaxınlaşıb özünü təqdim edərək onunla birlikdə MTN-nə getməli olduğunu bildirib.

Şahid həmçinin bildirdi ki, Qədim Ədilov mübahisə etdiyi şəxsin əlindən yaxasını qurtardığı üçün MTN-nə getdiyinə görə hətta sevinmişdir. Şahid Qədim Ədilovun zorla əlindən alınması barədə sualına cavab olaraq bildirdi ki, “Qədimin telefonunu heç kim əlindən almayıb. Maşını özü sürürdü və bütün yolu telefonla danışırdı. Hətta buna görə QAİ-də (yol patrul xidməti) onu saxladı. Onda MTN-nin hörmətli vaxtları idi, düşdüm xahiş elədim Qədimi buraxdı”.

Qeyd edək ki, Rövşən Ədilovun dedikləri əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaləddin Yusibovun dedikləri ilə üst-üstə düşür. Belə ki, Xaləddin Yusibov məhkəmə iclasında verdiyi ifadəsində Qədimdən pulunu almaq üçün səhər tezdən onu yaşadığlı binanın qarşısında gözlədiyini, Qədim binadan çıxdıqdan sonra avtomaşına minən zaman ona yaxınlaşaraq pulunu tələb etdiyini və aralarında mübahisə gedən zaman bir nəfər şəxsin Qədimə yaxınlaşaraq MTN əməkdaşı olduğunu və onunla nazirliyə getməli olduğunu dediyini bildirmişdi.

Şahid Rövşən Ədilova dövlət ittihamçısı sual verərkən, təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibovla prokuror arasında qarşılıqlı təhqirlərlə müşaiyət olunan mübahisə yarandı. Bu səbəbdən iclasda fasilə elan edildi.

Zərərçəkmişlə vəkilin mübahisəsi və daha bir qalmaqal

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, fasilədən sonra məhkəmənin ikinci hissəsinin başlamasına az qalmış daha bir dava düşdü. Bu dəfə vəkil Cavid Rzazadə ilə baxılan epizod üzrə mübahisə edən zərərçəkmiş Qədim Ədilov tonunu qaldıraraq vəkilləri təhqir etdi: “Görəsən, vəkillər şərəflərini neçəyə satır?”

Cavid Rzazadə zərərçəkmişin kinayəsinə reaksiya verməməyi üstün tutsa da, digər vəkil Şahin Rəfiyev kobud sözlərlə zərərçəkmişi təhqir edərək, cavabını verdi. Senzuradan kənar sözlərin müşayiəti ilə zərərçəkmiş Q.Ədilov vəkil Ş.Rəfiyevə hücum etdi və onlar az qala yumruq davasına keçəcəkdilər.

Mübahisənin davaya keçməsinin qarşısını bu dəfə digər zərərçəkmiş Cəfər Səfərov aldı.

Vüqar Muxtarov iclasın qapalı keçməsini istədi

Keçmiş MTN-in əməkdaşı olmuş, hazırda DTX-də işləyən şahid Vüqar Muxtarov bildirdi ki, zərərçəkmiş Sayibxan Səmədovu nazirliyin giriş qapısından təqsirləndirilən Səlim Məmmədovun kabinetinə qədər müşayiət edib.Təqsiləndirilən Akif çovdarov şahiddən zərərçəkmiş Sayibxan Səmədov barədə bildiklərini deməsini xahiş etdi.

“Mən bu auditoriya qarşısında belə məlumatları səsləndirə bilmərəm. Xahiş edirəm, iclas qapalı keçirilsin, mənə məlum olan faktlar barədə ifadə verim”, – şahid qeyd etdi.

Lakin Hakim Həbib Həsənov iclasın qapalı keçirilməsi barədə xahişi rədd etdi və şahiddən getməsini tələb etdi. Demək olar ki, ifadə vermədi. Vəkillər və təqsirləndirilən şəxslər şahid Vüqar Muxtarovun ifadəsinin iş üçün əhəmiyyət kəsb etdiyini, Sayibxan Səmədovun əslində nə üçün MTN-nə çağırıldığının məlum olacağını desələrdə, ancaq sədrlik edən Həbib Həsənov yenədə şahidin dindirilməsinə imkan vermədi. Hətta məhkəmə katibinə Vüqar Muxtarovu ona demədən çağırdığına görə irad tutdu.

Səlim Məmmədov: “Ondan narkotik işində agent kimi istifadə etmək istəyirdik”

Təqsirləndirilən Səlim Məmmədov baxılan epizodla bağlı ifadə verdi. İfadəsində o bildirdi:

“Qədim Ədilovla ilk dəfə 2015-ci ilin aprel ayında görüşmüşəm. İstintaqda üzləşmə vaxtı o çox çalışdı ki, ilk görüşümüzün vaxtını 2014-cü ilin dekabr ayı kimi göstərsin, alınmadı. Sonradan öyrəndim ki, məqsədi həmin aylar ərzində itirdiklərini də mənim boynuma yıxmaq imiş.

Zərərçəkmiş Qədim Ədilovu ikinci dəfə Akif Çovdarovun kabinetində görmüşəm. Döymək, qollarını bağlamaq – bunlar hamısı cəfəngiyyatdır. Mən 25 il bu sahədə işləmişəm, MTN-də bir nəfərə də fiziki güc tətbiq edilməyib.

Bir də bu adamı 2016-cı ilin sentyabr ayında görmüşəm. Mənə üzləşmə vaxtı bildirdi ki, sənə pul vermişəm, qaytarmalısan. Soruşdum ki, sən məni harada görmüsən, necə danışmışıq ki, mənə pul vermisən. Məhkəmədən xahiş edirəm ki, telefonların geolokasiya məlumatları işin materiallarına əlavə edilsin. Hamıya borcu olan adam mənə necə pul verə bilərdi axı?

Sayibxan Səmədova gəlincə isə, onun bu taxta işinə nə aidiyyatı var ki, gətirib yapışdırıblar bura? Bəli, Sayibxan narkotik maddələrin dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyatda əlaqələndirici olub. Həmin faktla bağlı cinayət işi olub, bunlar hamısı var və sübut etmək çətin deyil.

Sayibxanla özüm söhbət etmişəm. Bu adam Yardımlı rayonundandır, Rusiyaya, İrana mal daşıyır. Sözsüz ki, bizim tərəfimizdən maraq dairəsinə düşür. Üstəlik də, narkotik işində adı hallanır. Ona tapşırdım ki, səndən MTN-ə nəyə görə çağırıldığını soruşsalar, deyərsən ki, taxta işi ilə bağlıdır. Bu, bizim uydurduğumuz bir əfsanə idi. Bundan sonra uzun müddət Sayibxanla əlaqə olmadı.

2015-ci ilin noyabr ayında mənə zəng etdi ki, vacib bir iş var, görüşmək lazımdır. Getdim, Çin restoranının yaxınılığında görüşdük. Mənə dedi ki, 30 min manat verməsən, adını verəcəyəm “korrupsiya”ya. Dedim ki, elə bildim səndə nəsə maraqlı məlumat var, ayıb olsun, səndən heç gözləməzdim. Dedim, hara gedirsən get, üzümü çevirib çıxıb getdim”.

Dövlət ittihamçısının suallarına cavab verən Səlim Məmmədov bildirdi: “Siz imkan vermədiniz iclas qapalı keçirilsin. Bəzi məqamların üstü açılsın. İndi mən durub Sayibxanın bizə təhvil verdiyi adamın adını desəm və sabah onu öldürsələr, kim cavab verəcək?”

Qeyd edək ki, həmin adamın adını məhkəmə iclasında az sonra təqsirləndirilən Akif Çovdarov çəkdi.

6 milyon manatlıq mənəviyyat

Vəkillərin çoxsaylı təkidindən sonra məhkəmədə zərərçəkmiş Sayibxan Səmədovun istintaqda verdiyi ifadəsi oxundu.İfadəsi dinlənildikdən sonra Sayibxan Səmədov vəkillərin “32 min dollar və 15 min manat verdiyiniz halda nə üçün 45 min manat tələb edirsiniz sualına?” devalivasiyanıda nəzərə almaqla 45 min manat pulu tələb etdiyini bildirdi.

Məlum oldu ki, bundan əlavə, zərərçəkmiş mənəvi zərərin ödənilməsi üçün təqsirləndirilənlər Akif Çovdarov və Səlim Məmmədovdan 6 milyon manat kompensasiya tələb edir.“Mən mənəviyyatımı maddiyyatdan üstün tuturam və 6 milyon manatın ödənilməsini tələb edirəm”, – zərərçəkmiş dedi.

Akif Çovdarov: “Həmin adamın üç dəli qardaşı var, bunu vurub öldürəcəklər”

Epizod üzrə təqsirləndirilən Akif Çovdarovun ifadəsi çoxlarını təəccübləndirəcək təfərrüatlarla zəngin oldu. İfadəsində general bildirdi:“Mənə məlumat verildi ki, Qədim Ədilov adlı şəxs bibim qızının oğlu olan Natıq Hümbətovla iş görüb və bir çox adamlara borcu var. Üstəlik də, ərizəni ərizə dalınca yazıb, hamını ona borclu olmaqda günahlandırır. Hələ üstəlik prokurorluqda işləyən hörmətli bir yoldaşa şər atır. Ehtiyac varsa mən onun adınıda deyə bilərəm. Tapşırdım ki, onu Natiqlə birlikdə qəbuluma gətirsinlər”. Akif Çovdarov bildirdi ki, yüksək tonla danışaraq, Natiq Hümbətova belə adamlardan uzaq durmağı tapşırıb. “Qədimə təklif etdim ki, 360 min borcu qaytarmağa gücü çatmırsa, yarısını versin, qalanını da hissələrlə ödəsin”, – A.Çovdarov deyib.

Akif Çovdarov daha sonra bildirdi: ” Guya mən 40-50 nəfərlə toyu basıb, hamını yerə uzadıb başlarına avtomat dirəmişəm. Həmin hadisədən sonra guya 5-10 nəfərin ürəyi gedib, 3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub, indiyə kimi arvadlarına yaxın gedə bilmirlər. Ancaq özünüz də gördüz ki, əməliyyat restoranın foyesində olub və heç bir silah tətbiq olunmayıb. O biri epizod isə Qədimin epizodudu. Guya Qədimin başına dubinka ilə yorulana kimi vurmuşam. Ancaq cinayət işində 4 ekspert rəyi var ki, Qədimdə heç bir xəsarət yoxdu. Mən həmin qərarla tanış olanda şəxsən yazdım ki, bütün bunlar mənə qarşı qərəzli şəkildə aparılır. Qaldırıb baxsanıztanış olma protokolunu görəcəksiz.”

General daha sonra bildirdi ki, ancaq indi ümidlidi, çünki dövlət başçısının artıq hər şeydən xəbəri var və bunu görür. Akif Çovdarov hakimlərə də söz ataraq bildirdi ki, hətta hakimlərdə ilkin məhkəmə iclaslarında vəkillərə danışmağa imkan vermirdilər, ancaq indi işi araşdırmaqda maraqlıdırlar.

“Qanunu pozmaqla min dənə iş görmüşəm…”

 

Akif Çovdarov dövlət ittihamçısı Vüqar Quliyevin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun pozulması barədə sualına cavab verərək bildirdi ki, “Bizim işimiz elə bir işdi ki, mən həmin qanunu pozmaqla 1000 dəfə dövlətimin xeyrinə işlər görmüşəm. Başqa bir ölkənin vətəndaşını at belində gizli yolla öz ölkəmizə keçirmişəm. Heç bizim sərhədçilərində bundan xəbəri olmayıb”.

Bu zaman vəklillər gülüşərək generala belə şeylər danışmamasını, yoxsa prokurorluğun ona sərhəddi qanunsuz keçdiyinə görə yeni ittiham verəcəyini xatırlatdılar.Təqsirləndirilən general sözlərinə davam edib: “Sayibxan Səmədovla biz narkotik işinə görə məlumat almaq üçün işləmişik. Bizə məlumat çatdırdı ki, Yardımlının ucqar kəndlərindən birində Habil Əliyev adlı şəxs 6 kiloqramdan artıq həşişi sərhəddən keçirərək, evlərdən birində gizlənir. O kənd də elə yerdədir ki, çox ucqardır və ancaq atla getmək mümkündür. 10 kilometrdən görünür ki, kəndə kimsə gəlir. Əməliyyat aparmaq çətin idi. Habilin tapılmasını  bizdən Rüstəm Usubov xahiş etmişdi.

Həmin bu Sayibxan bizə söz verdi ki, Habilin gizləndiyi yeri öyrənib bizə deyəcək. Həmin kəndən çoxlu dostları var. Sayibxan özüdə Yardımlıdandı. Doğurdanda çertyoj çəkərək, Habil Əliyevin hansı evdə gizləndiyini bizə öyrənib bildirdi. Gecə vaxtı onu yatdığı yerə götürdük, silahlı idi. Atasının evindən 6 kiloqramdan çox həşiş tapdıq.

Həmin adam həbs olundu və həbsxanada öldü. Mən bunları demək istəmirdim, amma məcbur qaldım. O Habil Əliyevin üç dəli qardaşı var. Bilsələr ki, onu kim satıb, gəlib bu adamı öldürəcəklər”.

Akif Çovdarov sözlərini bitirdikdən sonra vəkil Akif Çovdarova və Səlim Məmmədova sual verərək Sayibxan Səmədovun istintaqda müstəntiqin sualına verdiyi cavabında MTN-də iki dəfə olduğunu, birinci dəfə 2014-cü ilin fevral ayında “Miraj-85” MMC-nin sürücülərinin Beləsuvar və Astara gömrük postlarında saxlanması ilə bağlı MTN-nə aparıldığını, MTN-də onu sorğu-sual edilib buraxıldığını dediyini xatırladaraq Sayibxan Səmədovun Habil Əliyevin yerini tapmağı həmin görüşdə söz verib-vermədiyini soruşdu. Təqsirləndirilən şəxslər Sayibxan Səmədovun məhz həmin görüşdə “verbovka” olunduğunu bildirdilər. Vəkilin sualı iclasa sədrlik edən hakim Həbib Həsənovunda marağına səbəb oldu və vəkildən Sayibxanın ifadəsinin tarixini soruşaraq özündə qeydiyyat apardı.

Hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının bazar ertəsi, mayın 1-də keçiriləcəyini elan etdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə