Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dərmanların qiymətindəki kəskin fərqin səbəbi
Dərmanların qiymətindəki kəskin fərqin səbəbi
27 Aprel 2017 / 17:58 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4

Professor: “Bu məsələ bazar qanunu ilə tənzimlənməlidir”

“Ciyərlərimdə problem yarandığından həkimin mənə yazdığı dərmanlardan biri “Amikasin” məhluludur. Bu dərman apteklərdə fərqli qiymətlərə satılır. Aptekin birində 1.30 manatadırsa, digərində 7 manatadır.”

Bunu İstiPress-in əməkdaşı ilə söhbətində Suraxanı sakini Əliyar Quliyev deyib. Onun sözlərinə görə, dərman preparatının bir aptekdəki qiyməti ilə yaxınlıqda başqa aptekdəki qiyməti arasında ciddi fərq var. Elə bu səbəbdən həkim resept yazarkən xəstə və xəstə yaxınları əvvəlcə bir-bir apteklərə düşüb dərmanların neçəyə olduğunu öyrənirlər.

Sonda alıcı dərmanların daha ucuz qiymətə başa gəldiyi aptek, daha doğrusu, apteklərdən bazarlığını edir. Bu isə alıcılara vaxt itkisi ilə yanaşı, əsəb itkisinə başa gəlir. Eyni adda satılan uşaq yeməkləri müxtəlif apteklərdə 5-10 manat arası fərqlə satılır.

Belə olan halda qiymət fərqindən ötrü bütün aptekləri gəzib ən sərfəli qiymətə olan dərmanı tapmağa məcbur olur və həm vaxtını, həm də enerjisini yollarda itirir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla İstiPress-ə danışarkən qiymətlərin niyə fərqli olmasına aydınlıq gətirdi.

O bildirdi ki, istehsal yerindən asılı olaraq dərmanların qiyməti fərqli ola bilər. Professor həmçinin əlavə etdi ki, eyni ölkənin eyni dərmanı arasında 20%-dən çox fərq ola bilməz.

“Nəzərə almaq lazımdır ki, dərman istehsal edən ölkələr fərqlidir. Dərmanlar arasında 5-6 manat qiymət fərqinin olması təbiidir. Avropa istehsalı olan dərmanlar daha baha qiymətə satılır, keyfiyyəti də fərqli olur. Dərmanların rafinasiyası, təmizlənməsi, tərkibində olan dərman əlavələrinin zərərsiz olması əsas şərtdir. Bunların da keyfiyyətli olması isə qiymət fərqinə səbəb olur”, – deyə Adil Qeybulla bildirdi.

Tibb elmləri doktoru bildirdi ki, bəzi apteklər şəbəkəsi öz depoları vasitəsilə dərmanı daha ucuz almaq imkanına malikdirlər. Fərdi qaydada yaradılan digər apteklər isə həmin dərman depolarından dərmanı nisbətən yüksək qiymətə almaq məcburiyyətindədir.

Aptek

Aptek

“Bu əsasda eyni dərmana eyni qiymətin qoyulması fonunda həmin apteklər sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalar. Ona görə də eyni dərmanın bütün apteklərdə eyni qiymətdən satılması məsələsi özünü doğrultur. Bu baş verərsə, yeni bir narazılıq sisteminin əsasını qoyula bilər. Hesab edirəm ki, bu məsələ bazar qanunu ilə tənzimlənməlidir. Əhalinin özü də bahalı yerdən dərman almamaqla məsələnin həllinə nail ola bilər. Dərman sənayesində dövlət farmokopeyasının, dərman maddələrinin dövlət reyestrinin yaradılması yolu ilə də məsələnin həllinə nail olmaq mümkündür. Yalnız farmokopeyaya daxil olan dərmanları konkret firmalar Azərbaycana daxil edə bilər. İndiki halda isə inzibati metodla problemin həllinə nail olmaq mümkünsüzdür”, – deyə professor bildirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə