Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mövlud Çavuşoğlu: AŞ PA peşman olacaq
Mövlud Çavuşoğlu: AŞ PA peşman olacaq
28 Aprel 2017 / 10:36 / Baxış sayı: 114
Font1 Font2 Font3 Font4

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) peşman olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib:

“Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaklar”.

Qeyd edək ki, aprelin 25-də AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə