Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda milyarder avtomobili 900 min manata satışa çıxarıldı
Bakıda milyarder avtomobili 900 min manata satışa çıxarıldı
28 Aprel 2017 / 10:49 / Baxış sayı: 848
Font1 Font2 Font3 Font4

Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim Nehrəmliyə məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş.

arxiv.bizimxeber.az xəbər verir ki, gununsesi.info-nun iş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Hacı İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb. Maşını almaq üşün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.

Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə