AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, öz həyat yoldaşının təbrik etmək istəyən Tramp bu məqsədlə Twitter hesabında üzərində Amerika bayrağı olan arvadıyla birlikdə şəkilini yerləşdirib. Bayrağın üzərində isə ABŞ ştatlarının sayını simvolizə edən 50 yox cəmi 39 ulduz əks olunub.

ABŞ əhalisinin bir qismi buna qəzəblənsə də, prezidenti məsxərəyə qoyanlar da olub. Onlar ABŞ-ın hələ 1889-cu ildə 39 ştata malik olduğunu və Trampın da o illərdə qaldığını iddia ediblər.

Bu şəklin yerləşdirilməsindən sonra cütlük arasındakı soyuq münasibətlər və Melaniya Trampın Ağ Evdə yaşamaması məsələsi də yenidən gündəmə gəlib.

arxiv.bizimxeber.az