Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın güc strukturu rəsmiləri Rusiyaya getdi
Azərbaycanın güc strukturu rəsmiləri Rusiyaya getdi
28 Aprel 2017 / 12:04 / Baxış sayı: 226
Font1 Font2 Font3 Font4

Onlar Dağıstanda həmkarları ilə görüşlərə qatılacaq

Ənənəvi Sərhəd-Sipər əməliyyatı ərəfəsində Azərbaycan və Dağıstan Respublikalarının daxili işlər nazirliklərinin  nümayəndə heyəti  Rusiyada görüşür.

İstiPress-in Şimal bürosunun məlumatına görə, bu gün səhər saat 10 radələrində Qusarın Samur keçid məntəqəsindən  Azərbaycan daxili işlər nazirinin müavini  Vilayət Zahirovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstana yola düşüb. Nümayəndə heyətinə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov, sərhədyanı rayonların polis rəisləri daxildir.

Azərbaycan nümayəndə heyətinin rusiyalı həmkarları ilə birgə əməkdaşlığa dair, mütəşəkkil cinayətkarlığa, narkobiznesə, terrorizmə qarşı birgə mübarizə tədbirlərini müzakirə edəcəyi, hər il keçirilən sərhəd-sipər əməliyyatının təşkili və qarşıdakı duran vəzifələri müzakirə edəcəkləri gözlənilir.

Sərhəd-sipər əməliyyatının başlama tarixi də bu Mahaçqala görüşündə müəyyən olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə