Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənipərəst Zaxarova Azərbaycandan nə istəyir?
Ermənipərəst Zaxarova Azərbaycandan nə istəyir?
28 Aprel 2017 / 12:35 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4

Rusiya XİN rəsmisi azərbaycanlı jurnalistləri təhqir edib

Dünən keçirilmiş brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bütün Azərbaycan KİV-i qəzəbli tənqid atəşinə tutaraq, azərbaycanlı jurnalistləri təhqir edib.

İstiPress haqqın.az- a istinadən məlumat verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə Azərbaycan KİV-də onu Qarabağ separatçılarının əsirliyində olan Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovun taleyinə biganəlikdə günahlandıran məqalələrin məzmunu xoş gəlməyib. Azərbaycanlı jurnalistə Dilqəm Əsgərovun sonrakı taleyi ilə bağlı sualı sona çatdırmağa imkan verməyərək, Zaxarova onun sözünü kəsib və emosiyalarını gizlətməyərək, azərbaycanlı jurnalistləri söyməyə başlayıb.

Zaxarovanın kəskin ifadələri az qala əndazəsini aşaraq, təhqirə keçib: “Bunlar, sadəcə olaraq, həyasız məqalələrdir! Bu məqalələrdə analiz yoxdur, bəlkə heç konstruktiv və qeyri-konstruktiv tənqid də yoxdur. Bundan sonra siz hələ daha çox məlumat verməyimizi istəyirsiniz? Belə məqalələrdən sonra heç ünsiyyətdə olmaq istəmirsən… Həyasızlıq etməyə heç kim icazə verməyib. Mövzu üzrə istənilən sualı yalnız alqışlayırıq… Zəhmət olmasa, bunu həmkarlarınıza çatdırın”, – M.Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya XİN haqqında bu cür məqalələr jurnalist etikasına sığmır. “Mənim azərbaycanlı dostlarım da bu fikirdədirlər və yeri gəlmişkən, bu cür tonallığa görə hətta üzr də istəyiblər”, – Zaxarova əlavə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə