Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Xaç atası”nın həbsinin arxasından “Bakılı oğlan” çıxdı
“Xaç atası”nın həbsinin arxasından “Bakılı oğlan” çıxdı
28 Aprel 2017 / 13:13 / Baxış sayı: 2384
Font1 Font2 Font3 Font4

Rusiyada kriminal aləmin “xaç atası” olmağa iddialı  “qanuni oğru” Şakro Molodoyun həbsi ətrafında qalmaqal səngimir. Şakro Molodoyun həbsi ilə nəticələnən restoran hadisəsində məkan sahibi olan qadının arxasında iki nüfuzlu biznesmenin dayandığına dair məlumatlar yayılıb.

arxiv.bizimxeber.az cebhe.info-ya istinadən xəbər vrir ki, söhbət “Elements” restoranının sahibi Janna Kimi müdafiə edən məşhur milyarderlər – qazax iş adamı Kenes Rakişev və “bakılı oğlan” kimi tanınan, Bakıda dünyaya gəldiyinə dair məlumatlar yayılan, Rusiyanın nüfuzlu iş adamı İsgəndər Mahmudovdan gedir.

Rusiya mətbuatının yazdığına görə, “Elements” restoranında insan ölümü ilə nəticələnən Janan Kim və Şakro Molodoy qalmaqalında milyarderlər restoran sahibinin tərəfini tutub. Hətta Rakişev münaqişənin həlli üçün keçmiş polis əməkdaşı Eduard Budansevi göndərib və o, İsgəndər Mahmudovun sözünü Şakro Molodoyun adamlarına çatdırıb. Ancaq bu vasitəçilik alınmayıb və Budansev həbs olunub. O, Şakro Molodoyun mübahisədə iştirak edən iki adamının ölümündə aittiham olunur.

Bundan sonra İsgəndər Mahmudov və Kenes Rakişev tərəfləri barışdırmaq üçün pul təklif dib. Hətta restoran ətrafındakı silahlı insidentdə ölənlərin ailələrinə kompensasiya da təklif edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə