Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aqramunta danışmaq qadağan edilib – YENİLƏNİB
Aqramunta danışmaq qadağan edilib – YENİLƏNİB
28 Aprel 2017 / 13:29 / Baxış sayı: 464
Font1 Font2 Font3 Font4

AŞPA Bürosunun qərarına görə, Assambleyanın sədri Pedro Aqramunt bundan sonra bəyanat vermək və AŞPA adından səfərlər etmək hüququna malik deyil.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qərar “etimadını itirib” əsaslandırılması ilə qəbul edilib.

*  *   *13:05

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt bu ilin mart ayında Suriyaya səfər etməsi səbəbiylə istefa verə biləcəyi gözlənilən Assambleyanın nizamnamə orqanının – Büronun iclasına gəlməyib.

“Report” xəbər verir ki, bu barədə Assambleya aparatındakı mənbə bildirib.

Yaxın günlərdə AŞPA Bürosunun bununla bağlı bəyanat yayacağı gözlənilir.

Assambleya aparatından qeyd olunub ki, AŞPA-da etimadsızlıq votumu proseduru yoxdur, istefa barədə qərarı isə AŞPA başçısının özü könüllü qəbul edə bilər. P.Aqramunt istefa verdiyini açıqlamayıbsa, o, Assambleyanın rəhbəri olaraq qalır.

Xatırladaq ki, aprelin 24-də Assambleyanın işini açıq elan edərkən P.Agramunt Suriyaya səfərinin səhv olduğunu bildirib. Aprelin 25-də Assambleyada parlament dinləmələr keçirilib və prezidentə səfəri ilə bağlı müəyyən suallar verilib. O, çıxışı zamanı aprelin 28-də statusu ilə bağlı bəyanatla çıxış edəcəyini açıqlayıb. Bundan sonra o, AŞPA-nı tərk edib və Assambleyanın iclaslarında görünməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə