Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Pul qıtlığı yaranıb, ciddi problemdi” – Komitə sədri
“Pul qıtlığı yaranıb, ciddi problemdi” – Komitə sədri
28 Aprel 2017 / 13:41 / Baxış sayı: 670
Font1 Font2 Font3 Font4
“Pul qıtlığı problemi bizi ciddi narahat edir”.
APA xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, pul qıtlığı məsələsi ciddi müzakirə edilməlidir: “Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”.
Komitə sədri əlavə edib ki, iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə