Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya daha bir qonşu ölkəyə qoşun yeridir
Rusiya daha bir qonşu ölkəyə qoşun yeridir
28 Aprel 2017 / 16:09 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4

Rusiya “Qərb-2017” irimiqyaslı hərbi təlimlərinin keçirilməsi adı altında Belarusa yeritməyə hazırlaşdığı qoşun qruplaşmalarını geri çıxarmayacaq. Bunu Estoniyanın müdafiə naziri Marqus Tsaxkna “Reuters”ə müsahibəsində bildirib. Virtualaz.org xəbər verir ki, nazir kəşfiyyat məlumatlarına əsaslandıqlarını, o cümlədən NATO-dan müvafiq kəşfiyyat məlumatı aldıqlarını deyib.

Onun sözlərinə görə Estoniya və digər NATO ölkələrinin kəşfiyyat məlumatlarına əsasən Rusiya qoşunları təlimlərin keçirilməsindən sonra Belarus ərazisində qalacaqlar. Rusiya Müdafiə Nazirliyi silahların və qoşun hissələrinin Belarusa daşınması üçün 4 min dəmiryol vaqonu sifariş verib. “Belarusa göndərilən Rusiya qoşunları üçün bu, birtərəfli biletdir”-Estoniya müdafiə naziri Maltada Aİ ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra verdiyi açıqlamada deyib.

“Qərb-2017” irimiqyaslı hərbi təlimləri bu ilin sentyabrında keçiriləcək. Rusiya Müdafiə Nazirliyi təlimlərin keçirilməsinə ötən ildən hazırlıq görür. Bundan əvvəl Belarusla Rusiya arasında təlimlərlə bağlı anlaşılmazlıqların olduğu haqda xəbərlər var idi. Gözlənilir ki, təlimlərə Rusiyadan on minlərlə hərbçi, minlərlə texnika qatılacaq.

“Bu, mənim şəxsi mövqeyim deyil. Bütün Estoniya rəhbərliyinin narahatlığıdır ki, Rusiya qoşunları təlimlərin başa çatdırılmasından sonra Belarus ərazisində qalacaq”-eston nazir deyib. Belə olan halda Rusiya qoşunları Polşa, Latviya və Litva ilə sərhəddə yerləşdirilmiş olacaq. Nəticədə Baltik ölkələrinə və Şərqi Avropaya qarşı Kalininqradda cəmləşdirilmiş güclü qoşun qruplaşmasından əlavə ikinci zərbə qruplaşması da formalaşacaq. Hesab edilir ki, Rusiya NATO ölkələrinin Baltik regionunda tank batalyonları yerləşdirməsinə cavab olaraq Belarus ərazisində daimi hərbi baza yaradacaq.

Rusiya müdafiə naziri Sergey Şoyqunun bildirdiyinə görə, “Qərb-2017” hərbi təlimləri rus ordusunun bu il üçün “ən başlıca tədbiri” olacaq. Təlimlərlə bağlı Rusiya NATO-ya informasiya təqdim etmir. Kreml təlimlərə qatılacaq hərbçilərin sayını da açıqlamır. Bununla belə NATO təlimlərdə 100 mindən çox hərbçinin iştirakını təxmin edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə