Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda ən çox hansı şəhərlərdə boşanırlar?
Azərbaycanda ən çox hansı şəhərlərdə boşanırlar?
28 Aprel 2017 / 22:59 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4

Azərbaycanda daha çox nikah və boşanma qeydə alınan şəhərlərin adları açıqlanıb. Bu haqda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə qeydə alınan 66771 nikahadaxilolma halından ən çoxu Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Cəlilabad və Masallı rayonlarında qeydə alınıb:

“Müvafiq olaraq Bakıda 16 811, Sumqayıtda 2592, Gəncədə 2006, Cəlilabadda 1531 və Masallıda 1394 nikah bağlanıb”.

L.Kərimova qeyd edib ki, 13 114 boşanma halından ən çoxu Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Ağdam və Tovuz rayonlarında qeydə alınıb:

“Müvafiq olaraq Bakıda 4369, Gəncədə 733, Sumqayıtda 608, Ağdamda 377 və Tovuzda 313 boşanma faktı qeydə alınıb”. (modern.az)

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə