Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qırğızıstanda torpaq sürüşməsi: 7 ev dağıldı, 24 nəfər öldü
Qırğızıstanda torpaq sürüşməsi: 7 ev dağıldı, 24 nəfər öldü
29 Aprel 2017 / 10:33 / Baxış sayı: 164
Font1 Font2 Font3 Font4

Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərinə görə, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər ölüb.

Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində Uzgen rayonunun Zərgər kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.

Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb.

İlkin məlumata görə, ölənlərin hamısı hadisə vaxt evdə olub və torpaq qatının altında qalıb.

Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub.

Onlar torpaq kütləsini təmizləməyə, torpağın altında qalanları çıxarmağa çalışırlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə