Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Xalqını belə murdar ətlə zəhərləyən Heydər Əsədovdur” – İttiham
“Xalqını belə murdar ətlə zəhərləyən Heydər Əsədovdur” – İttiham
29 Aprel 2017 / 11:36 / Baxış sayı: 1722
Font1 Font2 Font3 Font4

Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999″ MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub. Bu hadisə, mənşəyi məlum olmayan ətlər mövzusunu bir daha ictimaiyyətin gündəminə gətirib. Maraqlısı budur ki, leş ətlər mövzusu dəfələrlə ictimailəşdirilsə də, görünür bu işlə məşğul olanlar öz əməllərindən geri çəkilmək niyyətində deyillər…

1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsində rəhbər vəzifələrdə çalışan Hafiz Hacıyev problemin əsas səbəbkarı kimi kənd təsərrüfatı naziri Heydər Əsədovun adını çəkib. O, “Yeni Müsavat”a bildirib ki, bu məsələyə görə Heydər Əsədov məsuliyyətə cəlb olunmalıdır:

“Hələ bir neçə ay öncə bildirmişdim ki, Daşkəsəndə murdar ətləri gətirib Bakıda xalqımıza, restoranlara, dönərxanalara satırlar. Bu məlumatı mənə rəhbər vəzifədə çalışan hörmətli şəxs vermişdi. Bu gün Azərbaycan xalqını belə murdar ətlərlə zəhərləyən adam nazir Heydər Əsədovdur. Heydər Əsədov bu xalqa eşşək əti də, it əti də satdırıb. Bu adam harada və nə qədər murdar ət varsa, hamısını Azərbaycan xalqına sırıyır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov deyib ki, Heydər Əsədova yarım milyon pul vermişəm, ona görə də bildiyimi edəcəyəm. Yəni bunlar hamısı əlbir olan adamlardır. Daşkəsəndə tutulan ətlə də bu adamların birbaşa olaraq əlaqəsi var. Heydər Əsədov bu gün Ermənistandan Azərbaycana kənd təsərrüfatı ilə bağlı dərmanlar da gətirir ki, onların da hamısı zəhərli maddələrdir. Nəticədə, ölkədə bitkiçiliyin də kökü kəsilir. Ötən il pambıq sahəsində həşəratları öldürmək üçün aldığı dərman keyfiyyətsiz çıxdı, əksinə, qurdlar ölmək əvəzinə daha da çoxaldılar. İndi də Heydər Əsədov xalqa eşşək əti, mənşəyi məlum olmayan ətlər yedirməyi qarşıya məqsəd qoyub”.

H.Hacıyev bildirib ki, bu kimi hallar ölkədə restoranlara da təsir edib: “Bu gün insanlar qorxularından gedib restoranda yemək yemirlər. Çünki bu ətlər ora da verilir. Hüquq-mühafizə orqanları yoxlasınlar ki, Heydər Əsədovun xalqla nə qəsdi-qərəzliyi var. Bu kimi halların hamısının bir mənbəyi var ki, Heydər Əsədovla keçmiş nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Bilirsiniz ki, onlar da xaricdə Azərbaycanın imicinə qarşı zərbə vuran dəstənin başında dururlar. Bu adamların Azərbaycanın qida sənayesinə rəhbərlik etməsi cinayətdir. Düşünürəm ki, Heydər Əsədov haqqında təcili olaraq cinayət işi qaldırılmalıdır. Azərbaycanın kənd təsərrüfatına ayrılan milyonlarla vəsaitin hesabı sorulmalıdır. Bəs bu vəsait hara gedib? Əgər hara getdiyini bilmirlərsə, biz onlara kömək edərik. Əsədovun Həsən Əliyev küçəsində aldığı 6 milyonluq villası və eləcə də digər yerlərdəki evlərinin hamısı bu pulların hesabına alınıb. Xalq da Əsədovdan haqq-hesab tələb etməlidir ki, nə üçün vətənə xəyanət edir. Səlahiyyətli orqanlar tədbir görməlidirlər. Bütün məsələlər bəllidir və ciddi araşdırma aparılıb, Azər Süleymanovla Heydər Əsədov təcili şəkildə istintaqa cəlb olunmalıdır. Belə olarsa, bu işin dalınca gedən, bu sahədən pul qazanmaq arzusunda olan insanlar da dərs alarlar. Onlar da görərlər ki, bu işlə pul qazanan adamların aqibəti yoxdur”.

Hafiz Hacıyev Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun 28 aprellə bağlı söylədiyi fikirlərə də sərt münasibət bildirib:

“Rauf Qurbanov da işğal gününü bayram hesab edirsə, deməli, bu adamın heç tarixdən, siyasətdən anlayışı yoxdur. Azərbaycanın işğal səbəbi kommunistlər olublar. Bu gün də elə mənəvi cəhətdən işğallarına davam edirlər. Hökumətdə insanlar var ki, keçmiş kommunist partiyanın aparıcı fiqurlarından olublar. Çox təəssüf ki, Rauf bəy kimi insanlar ya tarixi bilmirlər, ya da siyasi savada malik deyillər. Onlar çalışırlar ki, kommunistləri ”diriltsinlər”, bu da mümkün olan məsələ deyil. “20 Yanvar” hadisələrini də kommunistlərin tör-töküntüləri həyata keçirdilər. Rauf Qurbanova da sözüm odur ki, özünü biabır eləməsin, gedib başqa işlərlə məşğul olsun. Azərbaycan kommunist ideyaları çoxdan dəfn olunub. Rauf haradasa içmək, bayram eləmək istəyirsə, bunun adını başqa qoysun, gedib istədiyini eləsin”.

Onu da qeyd edək ki, mövzu ilə bağlı H.Əsədovla danışmaq istəsək də, hər dəfə cəhdlərimiz boşa çıxıb.

arxiv.bizimxeber.az



“Xalqını belə murdar ətlə zəhərləyən Heydər Əsədovdur” – İttiham yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə