Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da Azərbaycan tarixi üzrə fənn olimpiadası keçirildi
SDU-da Azərbaycan tarixi üzrə fənn olimpiadası keçirildi
29 Aprel 2017 / 13:51 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4

Olimpiada qalibi olmaq hər bir şagirdin arzusudur. Bu arzuya nail olmaq üçün gərək əzmlə çalışıb, elmin sirlərinə yiyələnəsən. O zaman qazandığın qələbənin xoş təəssüratı yaddaşında əbədi qalacaq və daha böyük qələbələrə sövq edəcəkdir.Aprelin 29-da Sumqayıt Təhsil şöbəsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixi üzrə fənn olimpiadası keçirildi.

Olimpiadanın əhəmiyyətindən söz açan Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev bildirdi ki, ənənəvi olaraq universitetimizdə müxtəlif fənn üzrə olimpiadalarının təşkil olunması şagirdlərdə təhsilə və biliklərə yiyələnməyə marağı artırır, orta ümumtəhsil məktəbləri ilə universitetin əlaqələrini genişləndirmək imkanını yaradır. Dekan onu da vurğuladı ki, universitetimizdə digər fənlərlə yanaşı, Azərbaycan tarixi yüksək səviyyədə professor-müəllim heyəti tərəfindəndə tədris olunur. Bugünkü olimpiadanın uğurla gerçəkləşməsində dekan müavini Osman Hacıyevin, Tarix və onun tədrisi metodikası kafedrasının professoru Şirxan Səlimovun, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayevin xidmətləri böyükdür.

Şagirdlərə uğurlar arzulayan dekan Adil Baxşəliyev qeyd etdi ki, Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev gənclərə tövsiyə edirdi: “Hər bir Azərbaycan gənci öz tarixini mükəmməl bilməlidir. Çünki tariximizin hər səhifəsi bizim üçün əzizdir. Xalq gərək daim öz kökünü xatırlasın.

Qeyd edək ki, olimpiadada Sumqayıt şəhər 47 ümumtəhsil məktəbdən VIII, IX, X, XI sinifdən 270-ə yaxın şagird öz biliklərini sınadılar. 50 sualdan ibarət olan imtahanda şagirdlərə 90 dəqiqə vaxt verildi və olimpiada test formasında aparıldı.

Sonda şagirdlər universitet rəhbərliyinə olimpiadanın yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər.

arxiv.bizimxeber.az

sdu (1)

sdu (2)

sdu (3)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə