Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-dan dollarla bağlı kritik qərar
ABŞ-dan dollarla bağlı kritik qərar
29 Aprel 2017 / 14:12 / Baxış sayı: 820
Font1 Font2 Font3 Font4

ABŞ Federal Ehtiyat Sistemi (FED) öz hədəfinə çatmaq üçün tezliklə uçot dərəcəsini 8 mərhələdə, ümumilikdə 2 faiz bəndi artıraraq 3%-ə çatdırmalıdır.

“Report” Nyu-Yorkda yerləşən “Elazar Advisors” maliyyə bazarları araşdırmaları şirkətinin analitiki Xaim Sigelin (Chaim Siegel) hazırladığı hesabata istinadən bildirir ki, FED-in hədəf kimi səsləndirdiyi “neytral” real faiz hədəfi 1%-dir. Bu da onu göstərir ki, hazırda inflyasiya 2% təşkil etdiyi üçün buna 1% real faiz gəliri də əlavə edildikdə uçot dərəcəsi 3% təşkil etməlidir. Buradan aydın olur ki, son zamanlar ABŞ-ın zəif iqtisadi göstəricilərinə baxmayaraq, FED faizləri artırmağa davam edəcək.

ABŞ-da keçən həftə açıqlanan fiskal xərclərin artırılması planları uçot dərəcəsini artırmaq planlarını daha da stimullaşdıracaq. Məhz bu səbəbdən FED rəhbərlərindən Erik Rozenqrin uçot dərəcəsinin 2017-ci ildə 4 dəfə artırıla biləcəyini açıqlayıb. FED rəhbərinin köməkçisi Stenli Fişer isə

ABŞ iqtisadiyyatında yavaşlamanın gözlənilmədiyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə