Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Berluskoni evində yıxıldı – Dodaqları əzilib
Berluskoni evində yıxıldı – Dodaqları əzilib
29 Aprel 2017 / 17:47 / Baxış sayı: 410
Font1 Font2 Font3 Font4

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Portofino şəhərindəki evində qəza keçirərək xəsarət alıb. Berluskoninin ayağı xalçaya ilişdiyindən o yıxılıb və dodaqlarını əzib.

Milanda “Madonnina” klinikasına aparılan siyasətçiyə 3 tikiş qoyulub. “Corriera della Sera” qəzetinin məlumatına görə, proseduru dünya şöhrətli plastik cərrah Renato Kalabria həyata keçirib.

Keçmiş baş naziri müalicə edən həkim Alberto Zanqrilyo jurnalistlərə açıqlamasında Berluskoninin səhhəti üçün təhlükənin olmadığını bildirib.  Xatırladaq ki, S. Berluskoni 1994-1995, 2001-2006, 2008-2011-ci illərdə İtaliyanın baş naziri postunda olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə