Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağ veteranının evi yanıb
Qarabağ veteranının evi yanıb
30 Aprel 2017 / 18:44 / Baxış sayı: 400
Font1 Font2 Font3 Font4

Salyan rayonunun Xələc kəndində yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 48 yaşlı kənd sakini, Qarabağ veteranı Zaman Məmmədəli oğlu Məmmədova məxsus 1 otaqlı, 1 eyvanlı fərdi yaşayış evi anidən alovlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub və yanğın söndürülüb. Buna baxmayaraq, 42 kvadratmetr sahəsi olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğının nədən qaynaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə