Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq
Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq
30 Aprel 2017 / 19:33 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Azərbaycan katolikləri tezliklə Azərbaycan müsəlman ailəsindən tarixdə birinci keşiş əldə edəcəklər.

Virtualaz.org bildirir ki, bu barədə “Sibir katolik qəzeti” xəbər yayıb. Xəbərdə bildirilir ki, Roma Papası Fransısk bazar günü, mayın 7-də Sankt-Peterburqdakı “Məryəm – Həvarilərin Məlikəsi” seminariyasının məzunu Behbud Mustafayevi başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcək.

Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.

Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib.

2011-ci ildə Sankt-Peterburqdakı “Məryəm – Həvarilərin Məlikəsi” seminariyasına qəbul olunmuşdu.

B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə