Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-da qasırğa və daşqın qurbanlarının sayı artır – YENİLƏNİR
ABŞ-da qasırğa və daşqın qurbanlarının sayı artır – YENİLƏNİR
01 May 2017 / 9:21 / Baxış sayı: 210
Font1 Font2 Font3 Font4

ABŞ-da baş verən qasırğa və daşqın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, itkin düşənlər var.

Son iki sutka ərzində şiddətli yağışla müşayiət olunan qasırğalar ABŞ-ın cənub və mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Təbii fəlakət Texas, Missuri, Missisipi, Arkanzas, Alabama, Oklahoma və Luiziana ştatlarını əhatə edib.

***

ABŞ-ın cənub və mərkəzi ştatlarında baş verən qasırğa və daşqın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilirdi.

Arkanzas ştatında 3, Tennessidə isə 1 nəfər təbii fəlakətin qurbanı olub. İki uşağın itkin düşdüyü bildirilir.

***

ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli yağışla müşayiət olunan qasırğalar Texas, Missuri, Missisipi, Arkanzas, Alabama, Oklahoma və Luiziana ştatlarında ciddi fəsadlar törədib.

Təbii fəlakət ən çox Texas ştatına ziyan vurub. Sutka ərzində burada 4 nəfər ölüb, 50-yə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Arkanzas ştatında bir qadın küləyin aşırdığı ağacın altında qalaraq dünyasını dəyişib. Daha iki nəfər  Missuri və Missisipidə baş verən daşqınların qurbanı olub.

Məlumata görə, Missuri və Oklahoma ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə