Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sürücülərə -ŞAD XƏBƏR
Sürücülərə -ŞAD XƏBƏR
01 May 2017 / 10:28 / Baxış sayı: 2084
Font1 Font2 Font3 Font4

Bu gündən başlayaraq avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib.

Bunu “Report”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yalnız standartlara uyğun olan pərdə və jalüzlərdən istifadə etməyə icazə verilir: “Mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən pərdə və jalüzlərin istifadəsinə icazə verilib. Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzlərin istifadəsindən gedir. Təbii ki, tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və küstar üsulla hazırlanan pərdə, jalüz, pulyonkalar inzibati məsuliyyət yaradır”.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə