Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranlı iş adamı ilə Lənkəranskinin qətlləri arasındakı ƏLAQƏ
İranlı iş adamı ilə Lənkəranskinin qətlləri arasındakı ƏLAQƏ
01 May 2017 / 11:53 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4

Ötən gün İstanbulun “Sarıyer Maslak” adlanan ərazisində sui-qəsdə məruz qalan “Gem TV”-nin sahibləri – İran əsilli iş adamı, İngiltərə vətəndaşı Saeed Karimian və küveytli ortağı Muhammet El Almutairinin ölümündə şübhəli bilinən sifarişçinin adı məlum olub.

Publika.az “Vətən” qəzetinə istinadən xəbər verir ki, sözügedən cinayətdə İran Mücahidləri Təşkilatı şübhəli bilinir.

Məlumata görə, “Gem TV”-nin sahibləri olan iş adamları öz avtomobillərində gedən zaman 2 nəfər başı çalmalı qatillər tərəfindən güllə-baran edilib.

Nəticədə, iş adamları hadisə yerindəcə keçinib.

Ölənlərin ailələri cinayətin törədilməsində İran hakimiyyətini təqsirli bilir.

Polis isə hadisəni törəməkdə şübhəli bilinən şəxsləri araşdırır. Əldə edilən məlumata görə, qatillər cinayəti törətdikdən sonra “Cip” avtomobili ilə hadisə yerindən qaçıblar.

Türkiyə mediası sözügedən cinayətin ötən il İstanbulda öz avtomobilində güllələnmiş azərbaycanlı iş adamı Rövşən Lənkəranski hadisəsi ilə müqayisəsini aparıb.

Məlumata görə, hər iki cinayətin motivi və hadisənin törədildiyi ərazi bir-birinə yaxındır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə