Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ATE” Hüquq Mərkəzinin direktoru hakimdən şikayət etdi
“ATE” Hüquq Mərkəzinin direktoru hakimdən şikayət etdi
01 May 2017 / 21:08 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4

“Hakim müstəqildirsə o, qanunları pozaraq nə istəsə edə bilər?”

“ATE” Hüquq Mərkəzi MMC-nin direktoru Telman Əzimov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri cənab Cavid Hüseynova müraciət edib. arxiv.bizimxeber.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik.

Hüquqi xidmət göstərdiyimiz iddiaçı «Ulduz-Elektron» MMC cavabdeh Astara rayon İcra Şöbəsinə qarşı Astara rayon İcra Şöbəsinin icra məmuru Aqşin Əliyevin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2-1(081)-769/2015 saylı icra sənədinin hazıradək icrasını həyata keçirilməməsinin hərəkətsizlik hesab edilməsi tələbinə dair iş üzrə məhkəmə mümkünlük iclası 31 mart 2017-ci il tarixə saat 14:35-ə Şirvan şəhəri Naxçıvan küçəsi-3 ünvanında yerləşən Şirvan Apelliyasiya Məhkəməsinin binasına təxirə salınması barədə 09 mart 2017-ci il tarixdə 2-1(106)-124/2017 saylı iş üzrə məhkəmə bildirişi hakim Zeynal Zeynalovun imzası ilə iddiaçının ünvanına göndərilmişdir.

Göstərilən müddətdə iclas zalına daxil olduq. Cavabdeh iclas zalında iştirak etmirdi. Hakim onun yolda olduğunu bildirərək, gözləməyimizi xahiş etdi. Biz etirazımızı bildirərək cavabdeh tərəfdən verilmiş apelliyasiya şikayəti üzrə mümkünlük iclasının keçirilməsini xahiş etdik. Hakim bizə işin mümkünlüyünə artıq baxıldığını və apelliyasiya şikayətinin icraata qəbul edilib baxışa təyin olunduğunu bildirdi. Çox maraqlı idi, məhkəmə bildirişində mümkünlük barəsində göstərilmişdi. Biz hakimə nə üçün bizə mümkünlük məsələsinə baxılması barədə məlumat verilməmişdir, deyə soruşduq, lakin bu sorğumuz hakim tərəfindən cavabsız qaldı.

Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə nəzər saldıqda, guya ilin sonu olmuş və icra işlərinin çoxluğu ilə əsaslandırılmışdır. Hakim də bunu qəbul etmiş, iddiaçının dəvət etmədən onun cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirmədən, müddəti bərpa etmişdir.

Hakim iddiaçının hüquqlarını pozmuş, gələcəkdə isə hansı qərarı qəbul edəcəyi açıq aşkar özünü göstərirdi. Əgər hakim müstəqildirsə o, qanunları pozaraq nə istəsə edə bilər?

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə