Qeyd edək ki, BƏM-in söküləcəyi xəbərini bakupost.az saytı yayıb. Saytın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Bildirilir ki, ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib. Onu da qeyd edək ki, BƏM  tanınmış azərbaycanlı iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.

arxiv.bizimxeber.az