Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağı Azərbaycana qaytaracaq erməni general
Qarabağı Azərbaycana qaytaracaq erməni general
01 May 2017 / 13:12 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4

Qərb mətbuatı Bakıda hər kəsi heyrətə salacaq proqnoz verib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katib kimi sabahdan işə başlayan erməni general Yuri Xaçaturovun Qarabağ münaqişəsində tutacağı mövqe dünya KİV-lərinin də diqqətini cəlb edir.

İstiPress-in məlumatına görə, analitik Coşua Kuçer “Eurasianet.org”da yazdığı məqaləsində erməni ekspertlərdən sitat gətirərək Yuri Xaçaturovun erməni maraqlarının əleyhinə işləyə biləcəyini bildirir.

O, ehtimalını KTMT-nin mahiyyəti ilə izah edir: “KTMT-yə üzv dövlətlər kollektiv şəkildə bir-birini müdafiə etməlidir. Amma Qarabağ ətrafında baş verən daha ciddi münaqişəyə KTMT-nin müdaxiləsinin xarakteri aydın deyil. KTMT-nin Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan və hüquqi olaraq Azərbaycana məxsus Dağlıq Qarabağı deyil, yalnız Ermənistanı müdafiə etməli olması vəziyyəti bir az dümanlandırır. Əgər həqiqi müharibə başlayarsa, bu fərq daha da qeyri-müəyyənləşə bilər”.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Müəllifin fikrincə, KTMT-nin təyinatı qeyri-şəffafdır və baş katibin təsir dərəcəsi aydın deyil: “Böyük qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur”.

Coşua Kuçer erməni ekspertlərə istinad edərək Xaçaturovun erməni maraqlarının əleyhinə işləyə biləcəyini də istisna etməyib. Məqalədə göstərilir ki, erməni analitik Vigen Akopyanın sözlərinə görə, Xaçaturov erməni olsa da, faktiki olaraq erməni maraqlarının əleyhinə işləyə bilər:

“Bir tərəfdən KTMT-nin mövqelərini güclənə bilər. İkinci tərəfdən Xaçaturov tərəfkeş kimi görünməmək üçün lazım olandan daha nəzakətli və ehtiyatlı davrana bilər”.

Bu fikri Xaçaturovun təyinatından sonra Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Perenciyev də vurğulayıb. Onun fikrincə, Xaçaturov Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanı razı salan variant təklif edə bilər: “Bu cür bəyanatlar Azərbaycanda gülüş, yaxud da daha kobud reaksiya doğura bilər. Ancaq siyasətdə problemlər hərdən həll üçün heç bir şəraitin olmadığı düşünülən zaman həll edilir”.

Amma bütün bunlar versiyadır və bəlkə də Azərbaycanı rahat salmaq məqsədi güdür. İstənilən halda, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi öz ordusundan, öz əsgərlərindən və generallarından başqa heç bir qüvvəyə inanmamalıdırlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə