Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polkovnikin oğlunun evinə həbs qoyuldu
Polkovnikin oğlunun evinə həbs qoyuldu
01 May 2017 / 13:18 / Baxış sayı: 216
Font1 Font2 Font3 Font4

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər vəsatətlə çıxış ediblər.

 

Onlar vəsatətlərində təqsirləndirilən Əlövsət Məhərrəmovun oğlunun adına olan evə həbs qoyulmasını istəyiblər.

 

Məhkəmə vəsatəti təmin edib, Ə.Məhərrəmovun əmlakına həbs qoyulması barədə qərar çıxarılıb.

 

 

Məhkəmə prosesi mayın 15-də davam edəcək.

 

 

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib.

 

Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. O, həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə