Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çovdarovun məhkəməsi təxirə salındı
Çovdarovun məhkəməsi təxirə salındı
01 May 2017 / 13:48 / Baxış sayı: 240
Font1 Font2 Font3 Font4

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

İclasın əvvəlində məlum oldu ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə səhhəti yol vermədiyindən, prosesdə iştirak edə bilmir. Digər vəkillərin bildirdiyinə görə, C.Rzazadə cərrahiyyə əməliyyatı olunub.

Prosesə sədrlik edən hakim Həbib Həsənova katib tərəfindən bu barədə məlumat veriləndən sonra, H.Həsənov üzünü təqsirləndirilən Səlim Məmmədova tutdu: “Bu gün “Maral-Veqa” MMC üzrə epizoda baxılacaq və həmin işdə sizin maraqlarınıza toxunulmur. Vəkiliniz olmadan iclasın keçirilməsinə razısınızmı?”

Səlim Məmmədov həmin epizod çərçivəsində cinayət işinin materiallarında şəxsən hazırladığı izahatların və ona birbaşa aidiyyatı olan məsələlərin mövcudluğu üzündən iclasın təxirə salınmasını istədi.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, məhkəmədə 15 dəqiqəlik fasilə elan edilsə də, hakimlər iclas zalına bir də 45 dəqiqədən sonra qayıtdılar. Hakim Elbəy Allahverdiyev bildirdi ki, Cavid Rzazadə hal-hazırda M.Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda exinokokkoz diaqnozu ilə əməliyyat olunur.

Prosesə sədrlik edən hakim Həbib Həsənovla təqsirləndirilən Səlim Məmmədov arasında bundan sonra daha bir dialoq baş tutdu:

Hakim: Səlim Məmmədov, növbəti iclasda sizə aidiyyatı olmayan, məsələn, Tağı Əhmədovun iddiası üzrə epizoda vəkiliniz olmadan baxılmasına razısınızmı?

Təqsirləndirilən: Mənim Tağı Əhmədova suallarım var. Buna görə də, razı deyiləm.

Səlim Məmmədovun bu cavabından sonra məhkəmənin növbəti iclası may ayının 8-nə təyin edildi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə