Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Axilles dabanı”: Kiyev Moskva və Dəməşqin “adamı”nı necə devirdi?
“Axilles dabanı”: Kiyev Moskva və Dəməşqin “adamı”nı necə devirdi?
01 May 2017 / 14:37 / Baxış sayı: 186
Font1 Font2 Font3 Font4

Aprelin 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunta AŞPA-nın Bürosunun iclasında etimadsızlıq göstərildi. İspan P.Aqramunt rəsmən postundan məhrum edilməyib, amma səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb. Səsvermənin təşəbbüskarlarından biri isə Ukrayna nümayəndə heyəti olub.

Qeyd edək ki, P.Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb.

P.Aqramuntun aprelin 28-i AŞPA-nın Büro iclasına gələrək istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.

Büronun iclasına sədrlik etmiş AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P.Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib. “Biz də buna görə Pedro Aqramunta AŞPA sədri kimi etimad göstərməyəcəyik və o, Assambleyanı təmsil edə bilməz”, – deyə R.Geyl vurğulayıb.

Böyük Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, assambleyanın 68 illik tarixində ilk dəfədir ki, onun prezidentinə etimadsızlıq göstərilir. İspaniya senatoru yanvar ayında ikinci müddətə 1 illik AŞPA prezidenti seçilmişdi. Lakin o vaxtdan bəri Pedro Aqramunt assambleyada korrupsiyanı ört-basdır etməkdə və Rusiya hərbi təyyarəsində Dəməşqə səfər etməkdə ittiham olunub.

AŞPA-nın yüksək rütbəli rəsmiləri razılaşıblar ki, Aqramunt prezident qismində istənilən bəyanat vermək və rəsmi səfərlər etmək hüququndan məhrum edilsin. Britaniyanın məşhur baş naziri Vinston Çörçillin II Dünya Müharibəsindən sonra əsasını qoyduğu assambleyada impiçment proseduru yoxdur.

Aqramunt isə hələ ki, istefa vermək niyyətində olmadığını nümayiş etdirir. AŞPA prezidenti ona ona qarşı yönələn prosesi “məzhəkə” adlandırıb.

Apramuntun “Axilles dabanı”

Rusiyanın Lenta.ru saytı yazır ki, AŞPA prezidentə ilk ciddi hücumu 2016-cı ilin payızında Ukrayna nümayəndələri başlayıblar. Hücumun səbəbi Aqramuntun Rusiya nümayəndə heyətinin plenar iclas zalına qayıdış üçün səy göstərməsi idi. “Rusiya AŞPA-da yoxdur. Bu, heç kəsə, nə Rusiya, nə assambleyaya, nə də 46 ölkənin heç birinə faydalı deyil”, -qurumun prezidenti deyirdi. Ukrayna Ali Radasının vitse-spikeri və Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü İrina Qeraşenko növbəti gün alovlu nitqlə çıxış etdi və ispanı ittiham etdi ki, onun bütün bəyanatları tamamilə Rusiya mövqeyinə uyğundur.

“Aqramunt öz reputasiyası deyil, vəzifəsi ilə bağlı narahatdır. Buna görə də onu ən xəstə yerindən, vəzifəsi üzərindən vuracağıq”, – Qeraşenko hədələyirdi.

Yanvar ayında ukraynalı deputat Georqi Loqvinski (Ukraynanın keçmiş baş naziri Arseniy Yasenyukun lideri olduğu “Xalq cəbhəsi” fraksiyasının üzvüdür –red.) AŞPA-nın vitse-prezidenti seçilmişdi. Bu, Ukrayna tarixi üçün AŞPA-da ən yüksək vəzifə idi.

Suriya böhranı

Hər halda bunu AŞPA-da Ukraynanın mövqeyinin gücləndirilməsi hesab etmək olardı. Beləliklə, Kiyevin nümayəndələri “rusiyayönlü” AŞPA prezidentinə hücum üçün rahat bir səbəb gözləyirdilər. Bu səbəb martın sonunda ələ keçdi. Aqramunt və bir neçə Avropa ölkəsinin (Çexiya, Belçika, Serbiya, İtaliya və İspaniya) deputatları, həmçinin Rusiya Dövlət Dumasının nümayəndələri Suriyaya səfər etdi. Ukrayna Ali Radasının vitse-spikeri Qeraşenko səfərlə bağlı izahat tələb etdi. Ardınca Ukraynanın Avropa Şurasındakı daimi nümayəndəsi Dmitri Kuleba AŞPA sədrinin “mənəvi nüfuzu”nun zərbə aldığını bildirdi. Aqramunt isə Bəşər Əsədin AŞPA-da çıxış etmək üçün dəvət edilməsini məsləhət görürdü: “Bunda problemlər olmamalıdır”.

Bundan sonra Ukrayna, Polşa və Danimarkanın nümayəndə heyətləri birgə bəyanat verərək AŞPA sədrindən qəti formada tələb etdilər ki, qurum tərəfindən səfər üçün səlahiyyət veruilmədiyi barədə ictimaiyyət xəbərdar olunsun.

Martın sonunda Maltada Avropa Xalq Partiyasının (YENP) sammiti oldu. Kiyevin nümayəndələri bildirirlər ki, Aqramunt “narahat suallar”dan qorxaraq onlardan sadəcə qaçıb. “Sammitin kuluarlarında AŞPA prezidentini PAS tutdular. Ondan Suriya və Sankt-Peterburq səfərlərinin uğurlu olub-olmadığını soruşdular. Prezidentin köməkçisi bildirdi ki, onu brifinqdə gözləyirlər. Pedro Aqramunt dedi ki, biz mütləq danışmalıyıq. Və getdi… Çox tez getdi”, – Qeraşenko sosial şəbəkədə yazmışdı.

Almaniya daha yaxşıdır

Ukrayna nümayəndə heyətinin üzvü Vladimir Arev Aqramunta etimadsızlıq rəyinin proseduru haqqında xəbərlərin əsas mənbəyi oldu. Aprelin 24-də Kiyevin nümayəndəsi “təşkilatın bütün tarixi boyunca ən böyük korrupsiya qalmaqalı”ndan danışdı. AŞPA deputatlarının çoxu qurumun prezidentindən qəti surətdə istefa verməyi tələb edirdi. Növbəti gün AŞPA Bürosu müstəqil orqanın yaradılması haqqında qərarı bəyəndi. Deputatlar AŞPA-nın korrupsiyada iştirakı barədə ittihamları yoxlamalı idi.

Və budur, aprelin 28-də gözlənilən baş verdi: Arev bildirdi AŞPA Bürosu səslərin əksəriyyəti ilə qurumun prezidentinə etibarsızlığını ifadə edib. Amma AŞPA-da prezidentin istefası prosedurları prinsip etibarilə yoxdur. Bununla belə, Aqramunta səfərləri planlaşdırmağa, bəyanat verməyə və təşkilat adından başqa fəallıqlar həyata keçirməyə icazə verilmir. Onun vəzifəsi isə rəsmən saxlanılır.

Lenta.ru yazır ki, Ukrayna sonrakı niyyətlərini gizlətmirdi: İspaniya nümayəndəsini rəhbərlikdən götürərək onu Georqi Loqvinski ilə əvəz etmək. Vitse-prezident statusu ona belə imkanı nəzəri olaraq verir. Ancaq hadisələrin qızğın vaxtında aydınlaşdı ki, Loqvinskinin özü artıq Almaniyanı təmsil edən vitse-prezident Aksel Fişerin xeyrinə bu perspektivdən imtina edib. Lakin, Kiyevin nümayəndəsi hər şeyin dəyişə biləcəyini istisna etməyib.

Ekspertlər isə əmin deyillər ki, almaniyalı prezident Ukraynanın maraqlarını müdafiə edəcək.

“Ola bilər ki, AŞPA-nın yeni prezidenti Almaniyanın nümayəndəsi olsun. O, Rusiya deputatları ilə daha az ünsiyyət saxlayacaq. Bundan başqa heç nə. Aqramuntu ittiham edirlər ki, o, Rusiya deputatları ilə çox mehriban idi və Rusiya nümayəndə heyətininin AŞPA-ya qaytarılması üsulunun tapılmalı olduğunu açıq bildirirdi. Alman nümayəndəsi belə bəyanatlarla çıxış etməyəcək”, – ekspert, beynəlxalq hüquq mütəxəssisi Vladimir Volya bildirb.

Politoloq əmindir ki, Aqramuntun AŞPA prezidenti vəzifəsindən kənarlaşdırmaqla, Ukrayna nümayəndə heyətinin üzvləri Ukrayna istehlakçısına hesablanmış siyasi piarla məşğul olurlar.

Rusiya saytının qiymətləndirməsinə görə, görünür ki, qarşıdakı döyüşlərdə Ukrayna nümayəndə heyəti yerli siyasətin “ən çirkin personaj”larından biri – Radikal Partiyasının lideri Oleq Lyaşkonun gücləndirilməsinə qərar verib.

“AŞPA-da vəziyyət bu gün çox mürəkkəbdir. Söhbət Rusiya nümayəndə heyətini qaytarmaq cəhdindən gedir. AŞPA-da Ukraynanın milli maraqlarını sərt və israrla müdafiə edəcəyəm”, – Lyaşko söz verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə