Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyevi hiddətləndirən sədr həbs edildi – FOTO, VİDEO
İlham Əliyevi hiddətləndirən sədr həbs edildi – FOTO, VİDEO
01 May 2017 / 15:33 / Baxış sayı: 1872
Font1 Font2 Font3 Font4

Aydəm İsmayılov “Akula Akif”in ”sağ əli” kimi tanınır

Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə tikinti şirkətinin sədri həbs edildi.

arxiv.bizimxeber.az-ın criminal.az-a istinadən verdiyi məlumata görə, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Mətbuatda həmin tikintinin mailiyyə naziri Samir Şərifova məxsus olması yazılsa da, criminal.az saytına daxil olan məlumata görə, əsl rəhbərin başqa biri olduğu üzə çıxıb. Həmin tikintinin sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevin ”sağ əli” kimi tanınan Aydəm İsmayılovdur. Həbs edilən sədr isə Azər İsmayılov isə Aydəmin qardaşıdır. Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktorudur.

Aydəm İsmayılovun adı bundan əvvəl də tikinti şirkətləri ilə münaqişədə hallanıb. Aydəm İsmayılov başqa bir tikinti şirkətin əmlakını ələ keçirmək üçün üçün ZAZ MTK təsis etmişdi. Həmin MTK-nın təsisçiləri Aydəmin dostu AKULA Akif ləqəbli Akif Mustafayev, Aydəmin qardaşı İsmayılov Azər və mühasibi Həsən Bayramovdur.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl həmin ərazidə aparılan tikinti ilə əlaqədar olaraq xeyli ağac kəsilərək məhv edilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt etmişdi. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

 arxiv.bizimxeber.az


İlham Əliyevi hiddətləndirən sədr həbs edildi – FOTO, VİDEO yazısına 3 şərh yazıldı




Yuxarı Geri Ana səhifə