Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatın köməkçisi həbs edilib
Deputatın köməkçisi həbs edilib
01 May 2013 / 11:25 / Baxış sayı: 126
Font1 Font2 Font3 Font4

15 saylı Yasamal birinci seçki dairəsindən olan deputat Etibar Hüseynovun köməkçisi Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Bu barədə deputata yaxın mənbələrdən məlumat verilib. Məlumatda qeyd olunur ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar amma bu vədinə əməl etməyib.

Mənbə onu da bildirib ki, İlqar Etibar Hüseynovun deputatlığa namizəd olan zaman seçki qərargahında rəhbərlik edib. Onun imzatoplama kampaniyasından tutmuş, Talıblı küçəsində yaşayan seçicilərlə keçirilən görüşlərində təşkilatçı olub. Etibar Hüseynov deputat olandan sonra isə İlqar özü üçün “Mersedes” markalı avtomobil alıb. İlqarın yaşadığı məhəllənin sakinləri bu maşının İlqara xidmətlərinin müqabilində deputat tərəfindən hədiyyə olunduğunu deyib.

Mənbə İlqarın həbsinin bir neçə ay əvvəl baş verdiyini deyərək, deputatın bu işin ictimailəşməməyi üçün əlindən gələni etdiyini də bildirib.

İlqarın ailəsi onun həbsini təsdiqləsə də, əlavə məlumat verməkdən imtina ediblər.

Bu olayla bağlı deputat Etibar Hüseynovun özündən münasibət öyrənilib. Əvvəlcə bu barədə danışmaq istəməyən Etibar Hüseynov sonradan İlqar adlı köməkçisinin olmadığını deyib. (Moderator.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə